Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

-Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Cənab Prezident, ilk növbədə mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə öz dərin təşəkkürümü bildirmək istəyirəm.

Mən bu gün çox məmnunam ki, biz Sizinlə çox səmərəli danışıqlar apardıq, geniş fikir mübadiləsi etdik. Mən böyük məmnuniyyətlə Polşaya yenidən səfər edirəm və Polşa dövlətinin ali ordenini mənə təqdim etdiyinizə görə, məni bu ordenlə təltif etdiyinizə görə Sizə bir daha öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, mən bundan sonra da öz fəaliyyətimdə Polşa-Azərbaycan münasibətlərinin inkişafında fəal rol oynayacağam. Çalışacağam ki, bu münasibətlər daha da möhkəmlənsin, dərinləşsin və xalqlarımız bir-birinə daha da yaxın olsunlar.

Biz haqlı olaraq bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri kimi qiymətləndiririk. Bizim aramızda çox güclü siyasi dialoq aparılır. Cənab Prezident, bizim Sizinlə görüşlərimiz mütəmadi xarakter daşıyır. Bakıda, Varşavada, digər şəhərlərdə biz mütəmadi qaydada görüşürük, ikitərəfli və regional məsələləri müzakirə edirik. Müzakirə olunan məsələlərdə bizim mövqeyimiz üst-üstə düşür.

Bizim iqtisadi əlaqələrimizin inkişafı üçün də çox gözəl perspektivlər var. Mən əminəm ki, bu səfər və səfərin nəticələri bu sahədə də əməkdaşlığın dərinləşməsinə gətirib çıxaracaqdır.

Hörmətli cənab Prezident, bu gün biz sizinlə iki ölkə arasında siyasi Bəyannaməni imzaladıq. Bu Bəyannamədə ikitərəfli münasibətlərin bütün aspektləri öz əksini tapıbdır. Bəyannamə gələcək əməkdaşlıq üçün çox gözəl sənəddir. Xüsusilə Bəyannamədə və Sizin bugünkü çıxışlarınızda səslənən və Azərbaycanın ərazi bütövlüyünə aid olan məsələlər bizdə xüsusi məmnunluq hissi oyadır.

Polşa bütün dövrlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun şəkildə, ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarı olmuşdur. Siz bu mövqeyi bu gün də təkrarladınız. Bu, münaqişənin həlli üçün çox əhəmiyyətlidir. Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, danışıqlar predmeti olmayıb və olmayacaqdır. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və beynəlxalq dəstək, dünyanın aparıcı ölkələrinin bu barədəki mövqeləri, əlbəttə, məsələnin həlli üçün gözəl şərait yaradır.

Azərbaycanlılar münaqişə zamanı etnik təmizləmə siyasətinə məruz qalmışdır. Bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından zorla çıxarılmışdır. Onu da deyə bilərəm ki, düz 16 il bundan əvvəl - 1992-ci il fevralın 26-da Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparması qeydə alınmışdır. Məhz o gün Azərbaycan şəhəri Xocalı Ermənistanın təcavüzünə məruz qalmışdır və azərbaycanlılara qarşı soyqırımı törədilmişdir. O gecə 600-dən çox dinc insan qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq, 106-sı isə qadın olmuşdur. Bu, çox böyük cinayətdir. Biz, əlbəttə, danışıqlar zamanı öz prinsipial mövqeyimizdən dönməyəcəyik və çalışacağıq ki, məsələ öz həllini tapsın. Bayaq qeyd etdiyim kimi, ölkələrin ərazi bütövlüyü çərçivəsində.

Hazırda bizim aramızda çox geniş enerji dialoqu aparılır. Sizin təşəbbüsünüzlə keçən ilin may ayında Krakovda keçirilən birinci enerji sammitinin nəticələri çox ümidverici olmuşdur. Ondan sonra biz Litvada görüşdük. Bu il yenə də görüşəcəyik və enerji sahəsində əməkdaşlıq, əlbəttə, həm iki ölkə arasında münasibətlərə çox gözəl təsir göstərir, həm də regional əməkdaşlıq məsələlərində öz müsbət rolunu oynayır.

Biz indi Xəzər dənizi-Qara dəniz-Baltik dənizi əməkdaşlıq çərçivələrini müəyyən edirik və bu istiqamətdə enerji amili, əlbəttə, mühüm rol oynayır. Azərbaycan həm neft, həm də qaz hasil və ixrac edən ölkəyə çevrilmişdir. Bizim zəngin yataqlarımızdakı neft-qaz artıq dünya bazarlarına, o cümlədən Avropa İttifaqı bazarına çatdırılmışdır. Gələcəkdə biz öz hasilatımızı daha da artıracağıq. Bu il Azərbaycanda neftin hasilatı 53 milyon ton olacaqdır. Qazın təhvil verilməsi təxminən 18 milyard kubmetr olacaqdır. Amma, əlbəttə, potensial daha da böyükdür və bu sahədə, xüsusilə qaz sahəsində əməkdaşlıqda həm istehsalçılar, həm də istehlakçılar fəal iştirak etməlidir və iki tərəfin maraqları maksimum dərəcədə müəyyən olunmalıdır. Bu sahədə çox güclü koordinasiya işləri aparılmalıdır. Deyə bilərəm ki, cənab Prezident, sizin təşəbbüsünüzlə Krakov sammitinin əsas mahiyyəti, əsas müsbət cəhətləri məhz onda idi ki, biz, bir neçə ölkənin prezidentləri bir araya gəldik və beləliklə, gələcək inkişaf parametrlərini müəyyən etdik. Növbəti mərhələdə biz artıq praktiki işlərə keçməliyik və mən şübhə etmirəm ki, bu sahədə də əldə ediləcək uğurlar müsbət olacaq və regional əməkdaşlığa çox gözəl təkan verəcəkdir.

Bizim aramızda olan münasibətlər çoxşaxəlidir. Həm iqtisadi, həm energetika, həm siyasi, həm də humanitar sahədə çox gözəl perspektivlərimiz var. Biz dost ölkələrik, strateji tərəfdaşlıq çərçivəsində öz münasibətlərimizi qururuq və bundan sonra da çalışacağıq ki, bu münasibətləri yüksək səviyyədə saxlayaq.

Mən aparılan danışıqlardan çox razıyam. Onlar çox uğurlu olmuşdur. Əminəm ki, bu danışıqlar və gələcək görüşlərimiz ikitərəfli münasibətlərin inkişafı üçün çox mühüm vasitə olacaq və Polşa-Azərbaycan dostluğu davam edəcəkdir.

Cənab Prezident, bizə göstərdiyiniz bu qonaqpərvərliyə görə, məni Polşanın yüksək dövlət mükafatı ilə təltif etdiyinizə görə sizə bir daha minnətdaram.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb