AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QAZAXISTANA DÖVLƏT SƏFƏRİ
QAZAXISTAN PREZİDENTİNİN SARAYINDA TƏNTƏNƏLİ QARŞILANMA MƏRASİMİ
Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş sarayın önündə dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Sarayın önündə Azərbaycan Prezidenti İlham Əliyevi və onun xanımı Mehriban Əliyevanı Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və qızı Dariqa Nazarbayeva səmimiyyətlə, böyük hörmət və ehtiramla qarşıladılar.
Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Prezidentlər İlham Əliyev və Nursultan Nazarbayev Azərbaycanın və Qazaxıstanın yüksək vəzifəli şəxsləri, Astanada akkreditə olunmuş xarici ölkələrin səfirləri ilə səmimiyyətlə görüşdülər.
Sonra prezidentlər saraya daxil olaraq xatirə şəkli çəkdirdilər.