Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SLOVAKİYAYA İŞGÜZAR SƏFƏRİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Əziz xanımlar və cənablar!

İlk öncə mən konfransın təşkilatçılarına və Slovakiya rəhbərliyinə minnətdarlığımı bildirmək istərdim. Onlar bizim səmərəli işləməyimiz üçün çox gözəl şərait yaratmışlar.

Azərbaycan yeni müstəqillik qazanmış bir ölkədir. Yalnız Sovet İttifaqı dağıldıqdan sonra biz digər respublikalarla birlikdə dövlət müstəqilliyi qazandıq. Lakin ölkəmiz dövlət müstəqilliyini yenicə qazanmasına baxmayaraq, çox qədim tarixi ənənələrə malikdir. Bizim zəngin mədəni irsimiz və nəhəng intellektual potensialımız vardır.

Müstəqilliyin ilk illəri ölkəmiz üçün çox mürəkkəb olmuşdur. Iqtisadi vəziyyət çox çətin idi, bu sahədə, habelə siyasi və hərbi sahələrdə dərin böhran hökm sürürdü. Digər tərəfdən, vətəndaş müharibəsi təhlükəsi cəmiyyətimizdə sabitliyin təmin edilməsinə imkan vermirdi. Bütün bunlarla yanaşı, Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərimizin 20 faizinin işğalı ölkəmizi tam süquta gətirib çıxarmışdı. Sabitlik sonradan yarandı. Yalnız hökumətin böyük səyləri nəticəsində müstəqilliyimizdən bir qədər sonra, daha dəqiq desək, 1996-cı ildən başlayaraq, ölkədə iqtisadiyyat inkişaf etməyə başladı, tam ictimai-siyasi sabitlik bərqərar oldu.

Ölkənin iqtisadi potensialına və əldə etdiyimiz nəticələrə nəzər salsaq, görərik ki, 1996-cı ildən bu günədək hər il ümumi daxili məhsul orta hesabla 10 faiz artmış, inflyasiyanın illik səviyyəsi bu müddət ərzində 2 faizdən yuxarı qalxmamışdır. Dünyada tanınmış xarici şirkətlərin iqtisadiyyatımıza yatırdığı nəhəng sərmayələr keçmiş sovet respublikaları içərisində adambaşına xarici sərmayənin həcmi baxımından Azərbaycanı aparıcı ölkəyə çevirmişdir.

Ölkəmizdə həyata keçirilmiş genişmiqyaslı özəlləşdirmə proqramı güclü özəl sektor yaratmağa imkan vermişdir. Bu gün ümumi daxili məhsulun 74 faizi məhz bu sektorda formalaşır.

Siyasi və ictimai sabitlik iqtisadi artıma nail olmağın əsas səbəbidir. Mən əminəm ki, qarşıdakı illər ərzində bu iqtisadi artım ölkəmizə daha çox firavanlıq gətirəcəkdir. Bu gün dünyada enerji daşıyıcıları sahəsində ən böyük layihələr Azərbaycan, Gürcüstan və Türkiyədə həyata keçirilir. Milyardlarla dollar dəyəri olan enerji layihələri bizim müstəqil ölkələrin həm bir-birlərinə, həm də Avroatlantik məkanına inteqrasiyasına şərait yaradacaqdır. Bu, bizim həqiqi istəyimiz və strateji məqsədimizdir. Azərbaycan öz gələcəyini Avroatlantik məkanına daha geniş inteqrasiyada görür. Biz bu istiqamətdə böyük addımlar atırıq və əminəm ki, Avropa strukturları və beynəlxalq strukturlarla əlaqələr gələcəkdə daha da möhkəmlənəcəkdir.

Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramında fəal iştirak edir. Avropa Birliyinin Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsinin təyin edilməsi bizdə minnətdarlıq və razılıq hissi doğurmuşdur. Bu çox vacib qarşılıqlı addımlar Azərbaycanın və ümumilikdə, Cənubi Qafqazın Avropa ailəsinə daha sıx inteqrasiyasına imkan verəcəkdir.

Əlbəttə, biz hələ çox şey öyrənməliyik. Amma, ölkəmizin də qədim tarixi ənənələri və zəngin mədəni irsi vardır. Biz də Avropaya böyük töhfələr verə və ümumi dəyərləri bölüşə bilərik. Əminəm ki, yeni xətt – “Daha geniş Avropaya doğru” siyasəti bizim ölkəyə daha çox firavanlıq gətirəcəkdir. Bu isə bizim əsas məqsədimizdir.

Azərbaycan hökumətinin gündəliyindəki ən öncül məsələlərdən biri də sosial problemlərin həllidir. Biz bazar münasibətlərinə əsaslanan iqtisadiyyatımızla sosialyönümlü büdcə arasında çox gözəl vəhdət yaratmağa nail olmuşuq. Əgər büdcəmizə baxsanız, görərsiniz ki, onun 70-80 faizi məhz sosial problemlərin həllinə yönəldilmişdir. Eyni zamanda, bazar iqtisadiyyatının bütün əsas komponentləri qüvvədə qalır.

Bu gün yalnız Azərbaycanda deyil, bütün regionda, habelə daha geniş ərazidə təhlükə mənbəyi olan məsələ Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmamasıdır. Uzun tarixçəsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda ən böyük təhlükə mənbəyidir və vəziyyətin qeyri-sabit olmasına gətirib çıxarmışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi 8 milyonluq ölkə əhalisinin 1 milyona yaxınının qaçqın və köçkün vəziyyətinə düşməsinə səbəb olmuşdur. Əlbəttə, bu bizim üçün həm də çox mühüm iqtisadi, sosial və siyasi məsələdir. Biz çox istərdik ki, beynəlxalq ictimaiyyət bu münaqişənin nizama salınmasında daha fəal iştirak etsin. Uzun illərdir ki, ATƏT-in Minsk qrupu Amerika Birləşmiş Ştatları, Fransa və Rusiyanın həmsədrliyi ilə bu münaqişənin həlli ilə məşğuldur. Təəssüf ki, hələ də nəzərəçarpacaq bir nəticə yoxdur. Ümidvarıq ki, digər beynəlxalq təşkilatlar – o cümlədən Avropa Birliyi və Avropa Şurası da bu məsələyə diqqəti artıracaqlar. Biz artıq bu təşkilatların münaqişənin həlli ilə bağlı, ona siyasi qiymət vermək və onu sülh yolu ilə nizama salmaqla əlaqədar səylərini hiss edirik. Münaqişəni sülh yolu ilə həll etməyə çalışsaq da, deməliyəm ki, Azərbaycan xalqının dözümünün də həddi vardır. Biz ərazi bütövlüyümüzün bərpa olunmasını istəyirik və bütün ölkələrin ərazi bütövlüyünə və dövlət sərhədlərinə hörmətlə yanaşırıq. Əlbəttə ki, özümüzə qarşı da eyni münasibəti gözləyirik.

Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır.

Ermənistan tərəfi bu təcavüzə və işğala bəraət qazandırmaq üçün, adətən, beynəlxalq hüququn digər prinsiplərindən çıxış etməyə çalışır. Onlar nəzərdə tuturlar ki, Dağlıq Qarabağ erməniləri öz müqəddəratını həll etmək hüququna malikdirlər. Lakin mən sizin nəzərinizi bir fakta cəlb etmək istəyirəm. Ermənilərin artıq öz ölkəsi və dövləti vardır. Onlar artıq öz müqəddəratını Ermənistan dövləti çərçivəsində təyin etmişlər. İndi təsəvvür edin ki, ermənilər yaşadıqları hər bir ölkədə öz müqəddəratını təyin etməyə çalışsalar, onda nə baş verər? Hamıya məlumdur ki, onlar müxtəlif ölkələrdə yaşayırlar, lakin bu o demək deyil ki, yaşadıqları hər bir yerdə muxtariyyət yaratmalı və separatçılıq etməlidirlər. Həm də bu separatçılıq təcavüzkar xarakter daşıyır. Əminəm ki, beynəlxalq ictimaiyyətin bu mövzuya daha çox diqqət yetirəcəyi təqdirdə, məsələ beynəlxalq hüquq normaları əsasında və sülh yolu ilə həll edilə bilər.

Düşünürəm ki, problemi həll etməkdən ötrü yardımçı amillərdən biri kimi, Cənubi Qafqazın demilitarizasiyası siyasətini yeritmək olar. Bizim ərazimizdə heç bir xarici hərbi baza yoxdur. Əgər Cənubi Qafqazın digər ölkələrində də buna nail olunarsa, əminəm ki, bu regionda tezliklə sülh və təhlükəsizlik bərqərar olar. Biz sülh şəraitində yaşamaq istəyirik, iqtisadiyyatımızı, ölkəmizi daha da inkişaf etdirmək arzusundayıq, inteqrasiyaya can atırıq. Əminəm ki, ölkələrimizin birgə səyləri, bir-birilərinin ərazi bütövlüyünə və insanların sülh şəraitində yaşamaq haqlarına hörmət bu sahədə bizə yardımçı olacaqdır.

Əziz xanımlar və cənablar!

Bu mühüm tədbirdə iştirak etmək imkanına görə sizə təşəkkürümü bildirirəm. Əminəm ki, bu konfrans ölkəmizin Avropa strukturlarına daha da yaxınlaşmasına, bu sahədə apardığımız siyasətin gələcəkdə də davam etdirilməsinə kömək edəcəkdir.

Diqqətinizə görə sağ olun!

X X X

Ermənistanın nümayəndəsi, xarici işlər naziri Vardan Oskanyan konfransda çıxış edərək dedi ki, Ermənistan özünə məxsus olmayan torpaqları nəzarət altında saxladığına görə onu təcavüzkar adlandırmaq düzgün deyildir.

Bununla da Ermənistanın xarici işlər naziri, əslində, bu ölkənin təcavüzkar olduğunu təsdiq etdi.

X X X Slovakiyanın paytaxtı Bratislavada keçirilən “Daha geniş Avropaya doğru: yeni gündəlik” beynəlxalq konfransının işində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev digər ölkələrin dövlət və hökumət başçıları ilə birlikdə Milli Opera Teatrı binasının qarşısında xatirə şəkli çəkdirdi. X X X “Daha geniş Avropaya doğru: yeni gündəlik” mövzusunda beynəlxalq konfransın ikinci hissəsindən sonra Slovakiyanın Prezidenti Rudolf Şusterin adından dövlət və hökumət başçılarının şərəfinə rəsmi ziyafət verildi. Azərbaycan Prezidenti İlham Əliyev rəsmi ziyafətdə iştirak edirdi. Dövlətimizin başçısı ziyafət zamanı beynəlxalq konfransın işində iştirak edən dövlət və hökumət rəhbərləri ilə görüşüb səmimi söhbət etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb