Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri
Antalyanın beynəlxalq aeroportunda qarşılanma VİDEO
Antalya, 14 noyabr, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən Sammitində iştirak etmək üçün noyabrın 14-də Türkiyə Respublikasına işgüzar səfərə gəliblər.
Antalyanın beynəlxalq aeroportunda Azərbaycan Prezidentini və xanımını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.