AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ MOLDOVA PREZİDENTİ VLADİMİR VORONİNİN TƏKBƏTƏK GÖRÜŞÜ
Aprelin 23-də Prezident sarayında rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Moldova Respublikasının Prezidenti Vladimir Voroninin təkbətək görüşü olmuşdur.
Görüşdə iki dövlət arasında siyasi, iqtisadi və humanitar sahələrdə fəal inkişaf etməkdə olan əlaqələrin yüksək səviyyəsi vurğulandı, tərəflər əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduqlarını bildirdilər.
Dövlət başçıları ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini vurğuladılar, regional əməkdaşlığın perspektivlərini və qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etdilər.
######
