Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

- Son illər ərzində hər il fevral ayında biz regional inkişaf proqramının yekunları ilə bağlı yığışırdıq, müzakirə edirdik və hər il proqrama yeni əlavələr olunurdu. Bununla bərabər, mən son beş ildə bölgələrə gedərkən, vəziyyətlə yerlərdə tanış olarkən, əlbəttə ki, proqramla əlaqədar lazım olan əlavə tədbirlərin görülməsi haqqında müvafiq göstərişlər vermişdim. Rayonların inkişafına dair çoxsaylı əlavə sərəncamlar imzalanmış, əlavə vəsait ayrılmışdır. Yəni proqram bir istiqamət idi və əlbəttə ki, biz keçən illər ərzində proqrama əlavələr etməklə onu daha da zənginləşdirdik. Beləliklə, qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün daha da yaxşı şərait yaradılmışdır.

Bir sözlə, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı uğurla başa çatdı və növbəti illər üçün yeni proqram da hazırlanıbdır. Növbəti dövr başlayır, beşillik dövr başlayır. Növbəti beş il ərzində çox işlər görülməlidir. Əvvəlki illərdə görülməmiş işlər, yaxud da ki, yarımçıq qalan işlər başa çatmalıdır, görülməlidir. Azərbaycanın uğurlu gələcək inkişafını təmin etmək üçün böyük investisiyalar qoyulmalıdır, infrastruktur layihələri davam etdirilməlidir və yeniləri başlanmalıdır. Azərbaycanın dövlət investisiya layihələri də çox böyükdür, çox genişdir və bu ilin investisiya proqramı da bir neçə milyard dollar təşkil edir. Bu proqramın icrası nəticəsində təkcə 2009-cu ildə hər bir sahədə böyük işlər görüləcəkdir. Ölkəmizin maddi imkanlarını nəzərə alaraq, hesab edirəm ki, növbəti beş il ərzində infrastruktur layihələrinin hamısını başa çatdırmalıyıq. Hesab edirəm ki, buna imkan var və biz bunu etməliyik.

Eyni zamanda, növbəti beşillik proqram hazırlanarkən təbii ki, bölgələrdən çoxsaylı təkliflər gəldi. Mən göstəriş vermişdim ki, rayonlardan gələn təkliflər təhlil edilsin və məhz onların əsasında biz regional dövlət proqramının ikinci versiyasını qəbul edək. Çünki bölgələrdə yaşayan insanlar daha yaxşı bilirlər ki, hansı məsələ həll olunmalıdır. Hesab edirəm ki, növbəti beş ildə Azərbaycan bölgələrində, bütövlükdə ölkəmizdə bu vaxta qədər həllini tapmamış məsələlər həll olunmalıdır və proqram məhz bu istiqamətə yönəldilibdir. Növbəti proqram yəqin ki, yaxın zamanlarda qəbul ediləcək, təsdiqlənəcəkdir. Proqram çox konkretdir, onun üzərində uzun müddətdir ki, iş gedir. Orada hər bir məsələnin həlli üçün həm icra mexanizmləri, vaxt müəyyən olunub və həm də maddi resurslar da hər il qəbul edilən büdcədə göstəriləcəkdir. Beləliklə, Azərbaycanın bölgələrinin hamısında bütün lazımi tədbirlər görüləcəkdir.

Son beş il ərzində birinci proqramın icrası nəticəsində biz gördük ki, əgər siyasi iradə varsa və yaxud düşünülmüş siyasət varsa, hər bir məsələ öz həllini tapa bilər. Bu gün səslənən çıxışlarda və nümayiş etdirilən sərgidə biz işlərimizin əyani nəticələrini görürük. Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artıbdır. Bəzi hallarda məsələni dərindən bilməyən, yaxud bizim işlərimizə bir növ kölgə salmaq istəyən mənbələrdən belə bir fikir gəlir ki, guya buna ancaq neft amilinə görə nail ola bilmişik. Bax bu gün icra hakimiyyəti başçılarının çıxışlarında səslənən rəqəmlər bütün bu yanlış tezisi alt-üst edir. Demək olar ki, əksər rayonlarda 2 dəfə, 2,5 dəfə, 2,8 dəfə iqtisadi artım var. Bizim bölgələrimizdə neft hasilatı yoxdur. Yəni orada artım məhz qeyri-neft sektorunun hesabına baş veribdir. Bu artım məhz aparılan islahatlar nəticəsində, ayrılan vəsait, verilən kreditlər, sahibkarlığın geniş vüsət alması nəticəsində baş veribdir.

Əlbəttə ki, neft-qaz amili bu gün və gələcəkdə ölkəmizin inkişafı üçün öz müsbət rolunu oynayacaqdır. Necə ki, neft-qaz hasil edən bütün başqa ölkələrdə. Ancaq bizim əsas vəzifəmiz, bir daha bunu xüsusi vurğulamaq istəyirəm, ondan ibarətdir ki, qeyri-neft sektorunu inkişaf etdirək. Mən giriş sözümdə son illər ərzində neft-qaz sahəsində əldə edilmiş nəhəng nailiyyətlər haqqında heç nə demədim. Çünki, bu, bugünkü konfransın mövzusu deyildir. Bunlar çox böyük, nəhəng layihələrdir ki, Azərbaycan onların həyata keçirilməsinə nail ola bildi. Tarixi əhəmiyyət daşıyan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər neft-qaz layihələri, bizim zəngin neft-qaz yataqlarımızın işlənilməsi və hasilatın artırılması, Azərbaycanın dünya miqyasında, Avropa qitəsində enerji təhlükəsizliyi baxımından mühüm ölkəyə çevrilməsi - bütün bunlar reallıqlardır. Ancaq mən hesab edirəm ki, bütün bunlarla yanaşı, bizim önəmli uğurlarımız məhz qeyri-neft sektorunda baş veribdir. Bir daha demək istəyirəm, mən tam əminəm ki, növbəti beş il ərzində bütün vəzifələr öz həllini tapa bilər. Nəzərə alsaq ki, infrastruktur layihələrinin böyük bir hissəsi artıq başa çatıb, növbəti illərdə biz buna tam şəkildə nail olacağıq. Elektrik enerjisi, qazlaşdırma - bu sahələrdə, demək olar ki, məsələlərin böyük əksəriyyəti həll olunubdur.

Növbəti illər ərzində içməli su təchizatı, meliorasiya, suvarma məsələlərinə daha böyük diqqət göstərilməlidir. Biz növbəti beş ildə tamamilə bu problemləri Azərbaycanda həll etməliyik. Bunu etmək üçün artıq böyük işlər başlanmışdır. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi uğurla davam edir. Bunu da mən çox tarixi və önəmli hadisə kimi qəbul edirəm. Bunun çox böyük rəmzi mənası var. Neft kəmərinin fəaliyyəti hesabına əldə edilmiş gəlirlər su kəmərinin tikilməsi üçün yönəldilibdir. Bildiyiniz kimi, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi birbaşa Azərbaycan Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir.

Samur-Abşeron kanalının tikintisinin də çox böyük əhəmiyyəti var. Taxtakörpü su anbarı tamamilə su təhlükəsizliyi məsələlərimizi təmin edəcəkdir. Bu da çox önəmlidir. Xüsusilə indiki zəmanədə nəzərə alsaq ki, Azərbaycanın su mənbələrinin böyük əksəriyyəti ölkəmizin hüdudlarının kənarında formalaşır, biz su təhlükəsizliyi məsələlərinə çox ciddi yanaşmalıyıq. Ekologiya Nazirliyi xətti ilə bölgələrdə - Kür, Araz çayları boyunca yerləşən kəndlərdə sutəmizləyici qurğuların quraşdırılması və beləliklə, yüz minlərlə insanın təmiz içməli su ilə təmin edilməsi məsələləri də öz həllini tapır. Birinci mərhələdə məhz o bölgələrdə yaşayan 400 min insan, hansılar ki birbaşa çaydan, kanaldan götürdükləri suyu dədə-baba qaydaları ilə təmizləməklə, durultmaqla içirdilər, onlar artıq təmiz içməli su ilə təmin olunacaqdır. Ümumi proqram isə 800 min əhalini əhatə edir və göstəriş verilibdir ki, bütün su mənbələrimiz, çaylarımız olan yerlərdə insanlar ondan istifadə etdiyi halda, orada müasir təmizləyici qurğular quraşdırılsın. Su həyat deməkdir, sağlamlıq deməkdir. Növbəti illərdə biz bu layihəni daha da geniş şəkildə həyata keçirəcəyik və artıq digər göstərişlər də verilibdir ki, Azərbaycan uzunmüddətli qaydada su təhlükəsizliyini təmin edə bilsin.

Eyni zamanda, növbəti beş ildə meliorasiya, suvarma sahəsinə böyük vəsaitlər, sərmayələr qoyulacaqdır. Suvarılan sahələrin artırılması ilə kənd təsərrüfatının səmərəli inkişaf etdirilməsi çox böyük əhəmiyyət kəsb edən məsələdir.

Ümumiyyətlə, növbəti beş il ərzində ekoloji məsələlərin həllinə daha böyük diqqət göstərilməlidir. Bir müddət bundan əvvəl Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün böyük ekoloji proqram qəbul edildi. Xüsusilə Bakıda, Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması, neftlə çirklənmiş ərazilərin təmizlənməsi, rekultivasiyası, ağacların əkilməsi üçün lazımi tədbirlər görülüb, göstərişlər verilibdir. Növbəti illərdə bu məsələyə çox böyük diqqət göstəriləcəkdir.

100 ildən çox - Rusiya imperiyası zamanı, Sovet İttifaqı zamanı və müstəqillik illəri ərzində Azərbaycanda neft çıxarılırdı. Ancaq əfsuslar olsun ki, ekoloji məsələlərə böyük diqqət göstərilmirdi. Ümumiyyətlə, “ekologiya” termini Sovet İttifaqı zamanında çox az işlənilirdi. İndi isə biz əsrlər boyu çirklənmiş torpaqları təmizləməliyik. Artıq bu proses başlanmışdır. Ekologiya Nazirliyi, Dövlət Neft Şirkəti və digər qurumlar bu işlərlə məşğul olur. Deyə bilərəm ki, ən acınacaqlı yerlərdən biri olan Bibiheybət buxtasının ətrafında artıq parklar salınır, ağaclar əkilib, çirklənmiş gölməçələr təmizlənir. Bu, çox böyük vəsait tələb edir və biz o vəsaiti ayırırıq. Çünki bu, birbaşa insanların sağlamlığına qoyulan vəsaitdir, ekoloji vəziyyətin yaxşılaşmasına yönəldilən vəsaitdir.

Yəni bizim hələ həllini gözləyən işlərimiz çoxdur və bəzilərinə belə görünə bilər ki, ekoloji məsələlər sosial-iqtisadi inkişafla birbaşa əlaqəsi olmayan məsələlərdir. Ancaq belə deyil. Bu məsələlər hər bir ölkə üçün çox əhəmiyyətlidir və təsadüfi deyil ki, inkişaf etmiş ölkələrdə ekoloji məsələlərin həllinə çox böyük diqqət göstərilir. Azərbaycan da istisna olmamalıdır. Bizim bu sahədə müəyyən uğurlarımız var, konkret proqramlar var. Lakin görüləsi işlər həddindən artıq çoxdur. Ancaq bununla bərabər, bu məsələlərin həlli üçün lazımi qədər siyasi iradə var.

Sahibkarlığın inkişafı son beş il ərzində Azərbaycanda geniş vüsət almışdır. Bu gün Azərbaycan sahibkarları nəinki daxili bazarı təmin edirlər, eyni zamanda, onlar tərəfindən görülmüş işlər nəticəsində çox yaxşı ixrac potensialı yaradılıbdır. Çıxışların bəzilərində bu barədə deyildi. İndi Azərbaycan məhsulları dünya standartalarına cavab verir, beynəlxalq sertifikatlar alır. Həm yeyinti sənayesində, həm tikinti sənayesində. Emal müəssisələrinin fəaliyyəti genişlənir, Azərbaycanda bölgənin ən böyük emal müəssisələri yaradılır. Məsələn, Biləsuvar süd emalı zavodu bu gün südlə nəinki Azərbaycanı, bütün bölgəni təmin edəcəkdir. Yaxud bir müddət bundan əvvəl İmişlidə tikilmiş şəkər zavodu Azərbaycanın təlabatını tam şəkildə ödəyir. Şəkər vaxtilə, bütün dövrlər ərzində Azərbaycana xaricdən gətirilirdi. Bu gün həm daxili tələbat ödənilir, həm də ixrac edilir. Sahibkarlığın inkişafı üçün gələcəkdə də lazımi tədbirlər görüləcəkdir. Bu il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən veriləcək kreditlərin həcmi artırılacaqdır. Son dövrdə hər il 100 milyon dollar səviyyəsində vəsait ayrılırdı. Bu il daha da çox həcmdə ayrılacaqdır. Çünki əvvəlki illərdə verilən kreditlər qayıtmağa başlayıbdır. Bu da çox vacibdir. Yəni sahibkarlar əksər hallarda kreditlərdən səmərəli istifadə ediblər və o kreditlər qayıdır, qayıtdıqca, yenidən iqtisadiyyatın inkişafı üçün kreditlər şəklində güzəştli şərtlərlə sahibkarlara veriləcəkdir. Sahibkarlığın inkişafı üçün təkcə kreditlər, əlbəttə ki, kifayət etməz.

Eyni zamanda, nəhəng infrastruktur layihələri, yollar, elektriklə təminat, qaz xətlərinin çəkilişi və əlbəttə ki, yerlərdə sahibkarlıqla məşğul olanlara maksimum dəstək olmalıdır. Mən çox şadam ki, son illər ərzində bu sahədə çox böyük irəliləyiş əldə edilib, qanunsuz müdaxilələrin sayı azalıb, - halbuki, tamamilə aradan qaldırılmalıdır, - sahibkarlıqla məşğul olmaq üçün prosedur qaydaları tamamilə sadələşdirilibdir. “Bir pəncərə” prinsipinin tətbiqi bu sahədə, demək olar ki, böyük dönüşə səbəb oldu. Yerli icra orqanlarının fəaliyyəti, əlbəttə ki, çox vacibdir. Çünki bizim məqsədimiz bölgələrdə sahibkarlığı inkişaf etdirməkdir və deyə bilərəm ki, dövlət tərəfindən və Prezident tərəfindən sahibkarlığın inkişafına çox böyük dəstək var. Həm mənəvi dəstək verilməsi, həm də dediyim kimi, dövlətimiz tərəfindən bu sahədə işləyənlərin vəziyyətinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görülməlidir.

Bir sözlə, növbəti beş il ərzində bu vaxta qədər həllini tapmamış məsələlər, onların tam əksəriyyəti bütünlüklə həllini tapmalıdır.

Mən beş il bundan əvvəl qəbul olunmuş proqramın əsas məqsədləri haqqında öz fikirlərimi söylədim. O məqsədlərin hamısına biz çatmışıq, proqramı artıqlamasilə yerinə yetirmişik. Növbəti beş il üçün proqramın icrası nəticəsində ölkə qarşısında duran əsas vəzifələr icra olunacaq və ondan sonra əlbəttə ki, yeni məsələlər ortaya çıxacaqdır. Həyat yerində durmur, öz axarı ilə gedir və biz prosesləri qabaqlamalıyıq. Biz uzağa baxmalıyıq, gələcəyə baxmalıyıq. Həm bugünkü problemlərin həlli üçün çalışmalıyıq, həm də öz addımlarımızla, siyasətimizlə, qəbul edilmiş proqramlarla ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməliyik. On ildən sonra, əlli ildən sonra elə olmalıdır ki, Azərbaycan daim çiçəklənsin, Azərbaycan xalqı yaxşı yaşasın. Azərbaycanın bölgədəki və dünyadakı mövqeləri daha da möhkəm olsun, biz buna nail ola bilmişik.

İndi ölkəmiz çox etibarlı tərəfdaş kimi tanınır. Daxildə hökm sürən sabitlik, vətəndaş həmrəyliyi, xalqla iqtidar arasında olan birlik və daxili proseslərin müsbət istiqamətdə inkişafı, əlbəttə ki, Azərbaycanın beynəlxalq mövqelərini də möhkəmləndiribdir. Eyni zamanda, beynəlxalq mövqelər Azərbaycan üçün yeni əlavə şəraitin yaradılmasına gətirib çıxarır. Çünki bizim imkanlarımız artır, təsir dairələrimiz genişlənir. Azərbaycan xarici əməkdaşlığa həmişə hazır olan ölkədir və bu istiqamətdə həm xarici investisiyaların cəlb edilməsi üçün, həm də regional əməkdaşlıq məsələlərində bizim təşəbbüskar olmağımız - bütün bunlar ölkə haqqında kifayət qədər dolğun təəssürat yaratdı. Əlbəttə ki, bunun böyük əhəmiyyəti var. Ancaq ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın, Azərbaycan daha möhkəmlənsin, qüdrətlənsin, zəngin, inkişaf etmiş ölkəyə çevrilsin. Azərbaycan xalqı sülh, əmin-amanlıq, rifah içində yaşasın, yoxsulluq tamamilə aradan qaldırılsın və ölkəmizin uzunmüddətli inkişafı təmin olunsun. Bu, bizdən asılıdır. Bu gün verilən qərar həm indi üçün, həm gələcək üçün öz təsirini göstərəcəkdir. Bu vaxta qədər verilən bütün qərarlar düzgün olmuşdur. Verilən bütün vədlər həyatda öz yerini tapmışdır. 2003-cü ildə prezident seçkiləri ərəfəsində verilən bütün vədlər həyatda öz əksini tapdı. Elə bir məsələ yoxdur ki, həll olunmasın, yaxud da verilən vəd icra olunmasın və ya yarımçıq qalsın. Bunun da çox böyük əhəmiyyəti var. Ona görə ki, bir tərəfdən, bütün arzularımız həyatda öz əksini tapır, digər tərəfdən, bu gün iqtidara xalq tərəfindən olan etimadı daha da artırır. Azərbaycan xalqı yaxşı bilir ki, əgər nə demişiksə, onu edəcəyik. Onu da yaxşı bilir ki, biz Azərbaycanın hərtərəfli inkişafı üçün və müstəqilliyin möhkəmlənməsi üçün səylərimizi əsirgəmirik. Azərbaycan tam şəkildə müstəqil ölkədir, müstəqil siyasət aparır. Bu siyasətin mənbəyi xalqdır, bu siyasət də xalq üçün aparılır. Mən sizə və bütün Azərbaycan xalqına növbəti beş il ərzində səmərəli fəaliyyət arzulayıram. Əminəm ki, nəzərdə tutulmuş bütün vəzifələr uğurla icra ediləcəkdir və ölkəmizin hərətərəfli inkişafı təmin olunacaqdır.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi

“Akasiya” qadın kooperativinin uğur hekayəsi

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

Tokayev: Azərbaycan AQEM-in mövcud geosiyasi çağırışların həllində daha fəal rol oynamasına şərait yaradır

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək

Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNƏCƏK

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Beynəlxalq ekspert: İşəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda ortasəviyyəli təmərküzləşmə müşahidə olunur

Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru MƏQALƏ

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ-hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium