Azərbaycan Prezidenti serbiyalı həmkarını milli bayram münasibətilə təbrik edib
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Serbiyanın milli bayramı münasibətilə Prezident Aleksandar Vuçiçi və Serbiya xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edib.
Dövlətimizin başçısı inandığını bildirib ki, Azərbaycan ilə Serbiya arasındakı strateji tərəfdaşlıq münasibətləri, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.
Azərbaycan Prezidenti serbiyalı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost Serbiya xalqına sülh və rifah arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub
- 27.09.2026 [14:34]