Azərbaycan Prezidentinin İspaniyanın EFE Agentliyinə müsahibəsi Latın Amerikası mətbuatının diqqət mərkəzindədir
Madrid, 5 noyabr, AZƏRTAC
Bütün dünyanın diqqəti ABŞ-da prezident seçkilərinə yönəldiyi bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın EFE agentliyinə müsahibəsi Latın Amerikası mətbuatında diqqətlə izlənilir.
AZƏRTAC xəbər verir ki, həmin müsahibə geniş oxucu auditoriyasına malik olan, ən çox ziyarət edilən “Holanews”, “Infobae”, “Clarin”, “Noticiasxtra” xəbər portalları kimi onlayn-nəşrlərdə “Azərbaycan Prezidenti: “Ermənistan Azərbaycan torpaqlarını tərk etsə, biz müharibəni dərhal dayandırarıq” sərlövhəsi ilə dərc olunub.
Nəşrlərdə vurğulanır ki, əgər Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini tərk edərsə, şəxsən baş nazir Nikol Paşinyan Ermənistanın məğlubiyyətini etiraf edərsə və qoşunların çıxarılmasının vaxt cədvəlini təqdim etmək barədə öhdəlik götürərsə, onda Azərbaycan Dağlıq Qarabağda müharibəni dərhal dayandırar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid