AZƏRBAYCAN PREZİDENTİNİN SƏRƏNCAMINDA QARŞIYA QOYULAN VƏZİFƏLƏR YARDIMLIDA UĞURLA YERİNƏ YETİRİLİR
Yardımlı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Prezidentinin Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 2005-ci il 14 sentyabr tarixli Sərəncamından sonra rayonda quruculuq, abadlıq işləri geniş vüsət almışdır. İki kənddə yeni poçt binası, iki kənddə isə elektron tipli ATS üçün binalar tikilmişdir. Hazırda müasir avadanlıq quraşdırılan bu obyektlər avqustun axırınadək istifadəyə veriləcəkdir. Vərgədüz kəndində 25 çarpayılıq yeni xəstəxana artıq xəstə qəbuluna başlamış, 125 çarpayılıq mərkəzi xəstəxana binasının əsaslı təmiri isə sürətlənmişdir. Mədəniyyət və istirahət parkı, mədəniyyət sarayının, tarix-diyarşünaslıq muzeyinin yeni binaları, başdan-başa asfalt örtük döşənmiş Masallı-Yardımlı yolu Sərəncamla müəyyənləşdirilmiş tədbirlər planının uğurla yerinə yetirilən bəndləridir. 280 hektar əkin sahəsini suvarmağa imkan verən 13 min kubmetrlik hovuzda qiymətli balıq növlərinin yetişdirilməsinə başlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [17:21]