Azərbaycan-Qətər əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
Bakı, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov bu ölkənin Ticarət Palatasının direktoru Saleh Bin Həməd Al Şərqi ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə səfir investisiya fəaliyyətinin təşviqi və xarici investorların hüquqlarının qorunması ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verib, qarşılıqlı investisiyaların cəlb edilməsi, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması istiqamətində birgə səylərin göstərilməsi və iş adamları arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Saleh Bin Həməd Al Şərqi, öz növbəsində, Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlərin mövcudluğunu bildirib, bu sahədə lazımi dəstək verməyə hazır olduqlarını qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]