Azərbaycan qılıncoynadanları Dünya Kubokunda iştirak edib
Bakı, 15 mart, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeştdə keçirilən kişi və qadın sablyaçılar arasında Dünya Kubokunda komanda yarışlarında qaliblər müəyyənləşib.
AZƏRTAC Azərbaycan Qılıncoynatma Federasiyasına istinadla bildirir ki, mübarizəyə 1/16 finaldan başlayan Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Sevil Bünyatovadan ibarət komandamız qadın sablyaçıların komanda yarışında Rumıniya yığmasını 45:32 hesabı ilə məğlub edib.
Təmsilçimiz ən güclü 8 komanda sırasına yüksəlmək uğrunda keçirilən görüşdə turnirin reytinq favoritlərindən sayılan, finalda Polşa yığmasına 44:45 hesabı ilə məğlub olan İtaliya seçmə kollektivinə 26:45 hesabı ilə uduzub.
9-16-cı yerlər uğrunda görüşdə Almaniya yığması üzərində 45:42 hesablı qələbə qazanan komandamız növbəti görüşdə ABŞ sablyaçılarına 32:45 hesabı ilə məğlub olub. 11-ci yer uğrunda Gürcüstanın qadınlardan ibarət sablya yığması ilə qarşılaşan millimiz rəqibini 45:25 hesabı ilə məğlub edib.
Qeyd edək ki, qılıncoynadanlarımız fərdi yarışlarda da medal qazana bilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]