Azərbaycan Qılıncoynatma Federasiyasının ilk zalı əsaslı təmirdən sonra istifadəyə verilib
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) 2002-ci ildən fəaliyyət göstərən ilk zalı əsaslı təmirdən sonra yanvarın 29-da yenidən istifadəyə verilib.
AQF-dən AZƏRTAC-a bildiriblər ki, zalda yarışların təşkili və idmançıların hazırlıq keçməsi üçün ideal şərait yaradılıb. Paltardəyişmə otaqları tam yenilənərək müasir standartlara uyğunlaşdırılıb. Köhnə döyüş cığırları da yeniləri ilə əvəzlənib, işıqlandırma sistemi modernləşdirilib. Yenilənmiş idman zalının başlıca özəlliklərindən biri də videomüşahidə sisteminin quraşdırılmasıdır. İndi valideynlər gözləmə otağındakı monitorlar vasitəsilə uşaqlarının məşqini izləyə biləcəklər. AQF-in nəzdində daha iki zal Azərbaycan Texniki Universitetin İdman Sarayında fəaliyyət göstərir.
Zalda 2005-ci il təvəllüdlü və daha aşağı yaşlı məktəblilər arasında “Olimpiya ümidi” turnirinə start verilib. Üç gün davam edəcək turnirdə sablya, rapira və şpaqa yarışlarında qaliblər müəyyənləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]