“Azərbaycan qrossmeysteri Meyn adasında keçiriləcək turnirdə çıxış edəcək
Bakı, 22 sentyabr, AZƏRTAC
Sabah Men adasının (Böyük Britaniya) paytaxtı Duqlasda şahmat üzrə açıq turnirə start veriləcək.
AZƏRTAC xəbər verir ki, ən güclü şahmatçıların “Masters” turnirində çıxış edəcək 161 iştirakçı arasında 80 qrossmeyster, o cümlədən dünya çempionu, norveçli Maqnus Karlsen, rusiyalı Vladimir Kramnik, hindistanlı Vişvanatan Anand, amerikalı Fabiano Karuana və Hikaru Nakamura, israilli Boris Gelfand, ingiltərəli Maykl Adams, ukraynalı Pavel Elyanov və dünyanın digər aparıcı şahmatçıları var.
Azərbaycan nümayəndəsi Arkadi Naydiçin də iştirak edəcəyi turnirin birinci mükafatının məbləği 50.000 funt sterlinqə bərabərdir.
İsveçrə sistemi üzrə keçiriləcək yarışlar 9 turdan ibarət olacaq. Turlar Bakı vaxtı ilə saat 10:30-da, sonuncu tur isə Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]