Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MAHKAMASİ PLENUMUNUN
QƏRARI

2005-ci il noyabrın 6-da keçirilmiş üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair

01 dekabr 2005-ci il Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibləri İ.İsmayılov və V.Zeynalovun,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahov, sədr müavini S.Qasımova, katibi N.Məmmədov, üzvləri F.Cavadov, Q.Orucov, R.İbrahimov, A.Tağıyev, İ.Məmmədov, Ə.Əliyev, X.Əhmədov, V.Kazımova, M.Bayramov, Y.Bağırzadə və A.Əlizadənin,

ekspertlər, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi Konstitusiya hüququ kafedrasının dosent əvəzi, hüquq elmləri namizədi M.İsmayılov və müəllimi Ş.Yusubovun,

mütəxəssislər, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları İ.Həmidova, G.Əhmədova və E.Qasımovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatı qaydasında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə Azərbaycan Respublikasının Milli Məclisinə 2005-ci il noyabrın 6-da keçirilmiş seçkilərin nəticələrinə dair konstitusiya işinə baxdı.

Hakimlər Ə.Sultanov, B.Qəribov və R.Qvaladzenin məruzələrini, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun, Komissiyanın sədr müavini S.Qasımovanın, katibi N.Məmmədovun, üzvləri M.Bayramov və Ə.Əliyevin çıxışlarını, ekspertlər M.İsmayılov və Ş.Yusubovun rəyini, mütəxəssis E.Qasımovun arayışını dinləyib müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N E T D İ :

Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 145.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 iyul 2005-ci il tarixli 876 saylı Sərəncamına əsasən, 2005-ci il noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.2-ci maddəsinin tələblərinə görə, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır, 48 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.1-ci və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddələrinə uyğun olaraq, seçkilərin yekunlarını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.

Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2005-ci il noyabrın 6-da üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi məsələsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında Mərkəzi Seçki Komissiyasının protokolunu, habelə dairə seçki komissiyalarının protokollarını (onlara əlavə edilən sənədlərlə birlikdə) 23 noyabr 2003-cü il tarixdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokoluna həmçinin Mərkəzi Seçki Komissiyasının iki üzvünün xüsusi rəyləri əlavə olunmuşdur. Məhkəmə iclasında Mərkəzi Seçki Komissiyasının üzvü çıxış edərkən xüsusi rəyini məhkəməyə təqdim etmişdir.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edir ki, 2005-ci ildə üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilər müəyyən xüsusiyyətlərə malik olmuşdur.

Əvvəlki seçkilərdən fərqli olaraq, Azərbaycan Respublikası Milli Məclisinin deputatları yalnız majoritar seçki sistemi üzrə seçilmişlər. Parlamentə seçkilər bütün seçki prosesini tənzimləyən vahid hüquqi sənəd - 27 may 2003-cü ildə qəbul olunmuş Azərbaycan Respublikasının Seçki Məcəlləsi əsasında keçirilmişdir. Seçkilər istisnasız ölkənin bütün seçki dairələrində, o cümlədən ilk dəfə Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində yaradılmış 112-ci Xankəndi seçki dairəsində keçirilmişdir. Deputatlığa namizədliyi irəli sürülən şəxsin müdafiəsi üçün zəruri seçici imzalarının kvotası 2000 imzadan 450 imzaya qədər endirilmişdir. Deputatlığa namizədlərin qeydiyyata alınma prosesinin asanlaşdırılması nəticəsində seçkiqabağı prosesin iştirakçılarının sayı kəskin surətdə artmışdır. Hər bir seçiciyə seçki vəsiqəsi təqdim olunmuş, yerli qeyri-hökumət təşkilatlarına seçkini müşahidə etmək üçün icazə verilmiş, barmaqların rəngsiz mürəkkəblə işarələnməsi və “exit-poll” həyata keçirilmişdir.

Parlament seçkilərinə hazırlıq dövründə və həmin seçkilərin keçirilməsi zamanı bu sahədə baş verə bilən əyintilərin və qanun pozuntularının qarşısını almaq, Milli Məclisə seçkiləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarına tam uyğun keçirmək, icra hakimiyyəti orqanlarının üzərlərinə düşən vəzifələrin lazımınca yerinə yetirilməsi, vətəndaşların seçki hüquqlarının daha dolğun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” 11 may 2005-ci il tarixli 806 saylı və “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 25 oktyabr 2005-ci il tarixli 1062 saylı Sərəncamları qəbul etmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim olunmuş seçkilərin ümumi yekunları haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2005-ci il 23 noyabr tarixli protokolu ilə aşağıdakılar müəyyən edilmişdir:

1) seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayı - 4.675.572;

2) səsvermədə iştirak edən seçicilərin sayı - 1.974.036;

3) dairə seçki komissiyalarının sayı - 125;

4) Mərkəzi Seçki Komissiyası protokolunun tərtib edilməsi üçün əsas götürülmüş dairə seçki komissiyaları protokollarının sayı - 121;

5) səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki dairələrinin sayı - 4;

6) səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı - 460.

Beləliklə, səsvermənin ümumi yekunları haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolundan göründüyü kimi, səsvermənin nəticələri etibarlı hesab edilmiş 121 seçki dairəsi üzrə deputat seçilmiş namizədlər müəyyən olunmuşlar.

Bununla belə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 noyabr 2005-ci il tarixli 44/202 saylı qərarı ilə 42 saylı Sumqayıt ikinci seçki dairəsinin 16 seçki məntəqələri; 8 noyabr 2005-ci il tarixli 44/203 saylı qərarı ilə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə 13 seçki məntəqələri; 12 noyabr 2005-ci il tarixli 47/211 saylı qərarı ilə 110 saylı Zaqatala seçki dairəsinin 19 seçki məntəqələri və 15 noyabr 2005-ci il tarixli 48/212 saylı qərarı ilə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin 11 seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir.

Göstərilən seçki dairələri üzrə səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu və həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4 hissəsindən çoxunu təşkil etdiyindən, seçki dairələri üzrə seçkilərin nəticələri etibarsız hesab edilmişdir.

Bundan başqa, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 noyabr 2005-ci il tarixli 45/201 və 9 noyabr 2005-ci il tarixli 45/204 saylı qərarları ilə müvafiq olaraq 31 saylı Suraxanı ikinci seçki dairəsinin 10 seçki məntəqəsində, 8 saylı Binəqədi birinci seçki dairəsinin 12 seçki məntəqəsində seçkilərin nəticələri etibarsız hesab edilərək, həmin dairələr üzrə deputat seçilmiş namizədlər dəyişmişdir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının materialları Konstitusiya Məhkəməsinə daxil olduqdan sonra məhkəmə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.3-cü maddəsinin tələblərinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim edilmiş sənədlərin yoxlanılması üçün müvafiq mütəxəssisləri cəlb etmiş, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 54.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Apellyasiya Məhkəməsindən, Azərbaycan Respublikası Ali Məhkəməsindən, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən və Azərbaycan Respublikası Prokurorluğundan seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb etmişdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 25 noyabr 2005-ci il tarixli 02/1-740 saylı məktubundan göründüyü kimi, Azərbaycan Respublikasının Milli Məclisinə 2005-ci il noyabrın 6-da keçirilən seçkilərlə əlaqədar respublikanın rayon (şəhər) məhkəmələri tərəfindən seçicilərin seçki siyahısına daxil olunması ilə bağlı 20117 müraciətə baxılmış, onlardan 20105 (99,9%) ərizə təmin edilmiş, cəmi 12 ərizə rədd olunmuşdur.

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 29 noyabr 2005-ci il tarixli 59-278/05 saylı məktubuna əsasən, Azərbaycan Respublikası Milli Məclisinə 2005-ci il noyabrın 6-da keçirilmiş seçkilərdən sonra seçki hüquqlarının pozulması ilə bağlı hərəkətlərdən (hərəkətsizliklərdən) və seçki komissiyalarının qərarlarından Apellyasiya Məhkəməsinə 71 iş daxil olmuşdur. Həmin işlərin hamısına baxılaraq, müvafiq qərarlar qəbul edilmişdir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının yekun qərarından Apellyasiya Məhkəməsinə 57 şikayət daxil olmuş və onlar əsassız olduğu üçün təmin edilməmişdir.

Azərbaycan Respublikasının Ali Məhkəməsi 30 noyabr 2005-ci il tarixli 2-83 saylı məktubu ilə bildirmişdir ki, kassasiya qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi ilə əlaqədar 38 mülki iş daxil olmuş, həmin işlər üzrə Apellyasiya Məhkəməsinin qətnamələri dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə ünvanladığı 30 noyabr 2005-ci il tarixli məktubunda Azərbaycan Respublikasının Prokurorluğu göstərmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə əlaqədar qanun pozuntularına yol verilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasından və müvafiq dairə seçki komissiyalarından Baş Prokurorluğa cinayət tərkibli ehtimal edilən cəmi 72 müraciət daxil olmuşdur.

Həmin müraciətlərin araşdırılması nəticəsində 11 cinayət işi, o cümlədən, seçiciləri ələ almaq məqsədi ilə müəyyən hərəkətlərə yol verdiklərinə görə 26 saylı Sabunçu birinci, 41 saylı Sumqayıt birinci, 88 saylı Göyçay, 102 saylı Samux-Şəmkir, 108 saylı Ağstafa və 117 saylı Oğuz-Qəbələ dairələri üzrə qeydə alınmış bir sıra namizədlər, seçki komissiyasının işinə müdaxilə etdiyinə görə 99 saylı Şəmkir kənd seçki dairəsi üzrə qeydə alınmış bir namizəd, seçki sənədlərini saxtalaşdırdıqlarına görə 42 saylı Sumqayıt ikinci dairə seçki komissiyasının sədri və başqaları, 9 saylı Binəqədi ikinci dairə seçki komissiyasının sədri və başqaları, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 10 məntəqə seçki komissiyasının sədrləri və üzvləri, qulluq səlahiyyətlərindən sui-istifadə etdiklərinə görə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairə seçki komissiyasının 4 üzvü barəsində cinayət işləri başlanılmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən tələb olunmuş əlavə sənədlərin, habelə cəlb olunmuş mütəxəssislərin arayışının təhlili göstərir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası protokolunun tərtib edilməsi üçün əsas götürülmüş 121 dairə seçki komissiyalarının protokollarından 115 dairə seçki komissiyalarının protokolları Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun hesab edilməlidir.

Qalan 6 (altı) - 31 saylı Suraxanı ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa və 119 saylı Ağdam kənd dairə seçki komissiyalarının protokolları yuxarıda göstərilən Məcəllənin tələblərinə cavab vermədiyindən, həmin dairələr üzrə seçkilərin nəticələri təsdiq oluna bilməz.

Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsini və 130-cu maddəsinin VIII, IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 54, 62, 63, 65, 67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A A L D I :

1. Üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə 2005-ci il noyabrın 6-da keçirilmiş

1 saylı Şərur-Sədərək,

2 saylı Şərur,

3 saylı Babək-Kəngərli,

4 saylı Naxçıvan şəhər,

5 saylı Şahbuz-Babək,

6 saylı Culfa-Babək,

7 saylı Ordubad-Culfa,

8 saylı Binəqədi birinci,

10 saylı Binəqədi üçüncü,

11 saylı Qaradağ,

12 saylı Qaradağ-Binəqədi-Yasamal,

13 saylı Əzizbəyov birinci,

14 saylı Əzizbəyov ikinci,

15 saylı Yasamal birinci,

16 saylı Yasamal ikinci,

17 saylı Yasamal üçüncü,

18 saylı Nərimanov-Nizami,

19 saylı Nərimanov birinci,

20 saylı Nərimanov ikinci,

21 saylı Nəsimi birinci,

22 saylı Nəsimi ikinci,

23 saylı Nəsimi-Səbail,

24 saylı Nizami birinci,

25 saylı Nizami ikinci,

26 saylı Sabunçu birinci,

27 saylı Sabunçu ikinci,

28 saylı Sabunçu üçüncü,

29 saylı Səbail,

30 saylı Suraxanı birinci,

32 saylı Suraxanı üçüncü,

33 saylı Xətai birinci,

34 saylı Xətai ikinci,

35 saylı Xətai üçüncü,

36 saylı Xətai dördüncü,

37 saylı Nizami birinci (Gəncə),

39 saylı Kəpəz birinci (Gəncə),

40 saylı Kəpəz ikinci (Gəncə),

41 saylı Sumqayıt birinci,

43 saylı Sumqayıt üçüncü,

45 saylı Abşeron,

46 saylı Əli Bayramlı,

47 saylı Mingəçevir,

48 saylı Yevlax,

49 saylı Yevlax-Mingəçevir,

50 saylı Qobustan-Xızı-Quba,

51 saylı Qusar,

52 saylı Quba,

53 saylı Quba-Qusar,

54 saylı Dəvəçi-Siyəzən,

55 saylı Xaçmaz şəhər,

56 saylı Xaçmaz kənd,

57 saylı Kürdəmir,

58 saylı Hacıqabul-Kürdəmir,

59 saylı Salyan,

60 saylı Salyan-Neftçala,

61 saylı Neftçala,

62 saylı Saatlı,

63 saylı Sabirabad birinci,

64 saylı Sabirabad ikinci,

65 saylı Saatlı-Sabirabad-Kürdəmir,

66 saylı Biləsuvar,

67 saylı Cəlilabad şəhər,

68 saylı Cəlilabad kənd,

70 saylı Masallı şəhər,

71 saylı Masallı kənd,

72 saylı Yardımlı-Masallı,

73 saylı Lənkəran şəhər,

74 saylı Lənkəran kənd,

75 saylı Lənkəran-Masallı,

76 saylı Lənkəran-Astara,

77 saylı Astara,

78 saylı Lerik-Lənkəran,

79 saylı İmişli,

80 saylı İmişli-Beyləqan,

81 saylı Beyləqan,

82 saylı Ağcabədi,

83 saylı Ağcabədi-Ağdam,

84 saylı Füzuli,

85 saylı Şamaxı,

86 saylı İsmayıllı,

87 saylı Ağsu-İsmayıllı,

88 saylı Göyçay,

89 saylı Göyçay-Ağdaş,

90 saylı Ağdaş,

91 saylı Ucar,

92 saylı Zərdab-Ucar,

93 saylı Bərdə şəhər,

94 saylı Bərdə kənd,

95 saylı Tərtər,

96 saylı Goranboy-Naftalan,

97 saylı Goranboy-Ağdam-Tərtər,

98 saylı Şəmkir şəhər,

99 saylı Şəmkir kənd,

100 saylı Şəmkir-Daşkəsən,

101 saylı Xanlar—Daşkəsən,

102 saylı Samux-Şəmkir,

104 saylı Gədəbəy-Tovuz,

105 saylı Tovuz,

107 saylı Qazax,

108 saylı Ağstafa,

109 saylı Balakən,

111 saylı Zaqatala-Balakən,

112 saylı Qax,

113 saylı Şəki şəhər,

114 saylı Şəki kənd birinci,

115 saylı Şəki kənd ikinci,

116 saylı Qəbələ,

117 saylı Oğuz-Qəbələ,

118 saylı Ağdam şəhər,

120 saylı Cəbrayıl-Qubadlı,

121 saylı Laçın,

122 saylı Xankəndi,

123 saylı Kəlbəcər,

124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd,

125 saylı Zəngilan-Qubadlı

seçki dairələri üzrə seçkilərin nəticələri təsdiq edilsin.

2. Azərbaycan Respublikası Milli Məclisinə 2005-ci il noyabrın 6-da keçirilmiş 31 saylı Suraxanı ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa, 119 saylı Ağdam kənd seçki dairələri üzrə seçkilərin nəticələri təsdiq edilməsin.

3. Qərar elan olunduğu andan qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədrlik edən F.Abdullayev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin Azərbaycandakı səfiri: 2008-ci ildən etibarən Azərbaycandan 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO