Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı

İyunun 16-da Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarını elan edib. Sözügedən iş erməni təcavüzü dövründə Azərbaycanın Laçın rayonu ərazisindən qovulmuş altı Azərbaycan vətəndaşının Ermənistan Respublikasına qarşı 2005-ci il 6 aprel tarixli iddia müraciətinə əsaslanır. 

İddiaçiların “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya çərçivəsində bir sıra hüquqlarının (mülkiyyətin qorunması hüququ (1 saylı Protokolun 1-ci maddəsi), şəxsi həyata və ailə həyatına hörmət hüququnun (Konvensiyanın 8-ci maddəsi) və səmərəli hüquqi müdafiə vasitələri hüququnun (Konvensiyanın 13-cü maddəsi)) Ermənistan tərəfindən pozulmasının davam etdiyini bildirərək Məhkəmə iddiaçıların xeyrinə qərar verib. Bundan əlavə, Məhkəmə qərarı Ermənistanın Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı və zəbt olunmuş ərazilərdə hərbi mövcudluğunu davamlı inkarına birdəfəlik son qoyub.

Məhkəmə icraatı zamanı beynəlxalq ictimaiyyəti yayındırmağa, münaqişənin səbəb və mahiyyətini təhrif etməyə ənənəvi olaraq cəhd edən Ermənistan öz yurisdiksiyasının Dağlıq Qarabağ ərazisi və ətraf əraziləri əhatə etmədiyini; həmin ərazilər üzərində effektiv nəzarəti və ya hər hansı dövlət hakimiyyətini həyata keçirmədiyini və keçirə bilmədiyini; hərbi münaqişədə iştirak etmədiyini; Laçın rayonunun işğalında və hər hansı sonrakı hərbi əməliyyatlarda iştirak etmədiyini; Dağlıq Qarabağ və ətraf rayonlarda hərbi mövcudluğunun olmadığını bildirib. Ermənistan daha sonra qondarma “Dağlıq Qarabağ respublikasının beynəlxalq hüquq çərçivəsində müstəqil dövlət əlamətlərinə malik olan suveren və müstəqil dövlət olduğunu”; “onun Dağlıq Qarabağ və ətraf ərazilər üzərində nəzarət və yurisdiksiyaya malik olduğunu”; “Ermənistan Respublikası və “Dağlıq Qarabağ respublikası”nın müxtəlif dövlətlər olduğunu” və yarandığı gündən “Dağlıq Qarabağ respublikası”nın müstəqil şəkildə öz siyasi, sosial və maliyyə siyasətini yürütdüyünü iddia edib.

Ermənistan tərəfindən təqdim edilmiş bu və digər uydurma iddialara cavab olaraq Məhkəmə xüsusilə qeyd edib ki, müharibəyə səbəb Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışları olub və bununla bağlı diqqəti Ermənistan SSRİ-nin Ali Soveti və Dağlıq Qarabağ yerli şurası tərəfindən 1989-cu ilin dekabrında “birləşməyə” dair birgə qərarın qəbul edilməsinə yönəldib. Məhkəmə 1992-ci ilin may ayında Laçın rayonuna qarşı hərbi hücum nəticəsində Azərbaycan vətəndaşlarının həmin rayonu tərk etməyə məcbur edildiyini bildirib. Məhkəmə bəyan edib ki, Dağlıq Qarabağ və Laçın rayonu və ətraf rayonlar hazırda işğal altındadır və həmin vəziyyətə münasibətdə “Quruda müharibə aparma qanun və adətləri haqqında” 1907-ci il Haaqa Konvensiyası və “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” 1949-cü il Cenevrə Konvensiyasının müvafiq müddəalarında təsbit olunmuş hərbi işğala dair beynəlxalq hüquq tətbiq edilir.

Məhkəmə sözügedən işin icraata qəbul edilməsinə dair 2011-ci il 14 dekabr tarixli qərarına istinad edərək, “Dağlıq Qarabağ respublikası”nın heç bir ölkə və ya beynəlxalq təşkilat tərəfindən dövlət kimi tanınmadığını vurğulayıb və beləliklə, bu qondarma qurumu qətiyyətlə rədd edən, Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiq etməklə yaradılan, etnik təmizləmə və digər kobud pozuntularla müşayiət olunan vəziyyətin legitimliyini tanımaqdan imtina edən beynəlxalq birliyin mövqeyini bir daha təsdiq edib.

Bununla yanaşı, təqdim olunmuş faktları nəzərdən keçirərək Məhkəmə “Ermənistan Respublikasının hərbi müdaxilə və hərbi sursat və avadanlığın təminatı və təlim vasitəsi ilə Dağlıq Qarabağ münaqişəsində başlanğıcdan əhəmiyyətli dərəcədə iştirak etdiyini”, “bu hərbi dəstəyin sözügedən ərazilərin zəbt edilməsi və onların üzərində davamlı nəzarətin həyata keçirilməsində həlledici olub və qalmaqda davam etdiyini” və “faktların Ermənistanın və qondarma “Dağlıq Qarabağ respublikası”nın silahlı qüvvələrinin yüksək dərəcədə inteqrasiya olunmasının birmənalı göstərdiyini” təsdiq edib. Separatçı qurumun Ermənistandan siyasi, maliyyə və digər asılılığını göstərən bu və digər sübutlar əsasında Məhkəmə qənaətə gəlib ki, “Ermənistan Respublikası Dağlıq Qarabağ münaqişəsinin başlanğıcından qondarma “Dağlıq Qarabağ respublikası” üzərində əhəmiyyətli və həlledici təsirə malikdir, bu iki qurum bütün vacib məsələlərdə yüksək dərəcədə inteqrasiya olunub və bu vəziyyət indiyədək davam edir” və “qondarma “Dağlıq Qarabağ respublikası”nın və onun administrasiyasının mövcudiyyəti Dağlıq Qarabağ və Laçın rayonu daxil olmaqla ətraf rayonlar üzərində effektiv nəzarəti həyata keçirən Ermənistanın ona verdiyi hərbi, siyasi, maliyyə və digər dəstəkdən asılıdır”.

Məhkəmə məcburi köçkünlərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüquqlarını bir daha təsdiq edib və ev və əmlakın restitusiyası ilə bağlı hüquqi və texniki məsələləri özündə əks etdirən beynəlxalq humanitar və insan hüquqları çərçivəsində müvafiq standart və prinsipləri yenidən xatırladıb. Məhkəmənin nöqteyi-nəzərincə, inter alia, Ermənistanın və onun dəstək verdiyi qoşunların davamlı mövcudluğu və atəşkəsin pozulması daxil olmaqla hazırkı şəraitdə azərbaycanlıların öz evlərinə qayıtmaları praktiki baxımından real deyil. Eyni zamanda, Məhkəmə vurğulayıb ki, ATƏT-in Minsk qrupu çərçivəsində davam edən danışıqlar qüvvədə olan əmlak hüquqları daxil olmaqla azərbaycanlı məcburi köçkünlərin hüquqlarına müdaxilə üçün hüquqi əsas vermir və bir daha xatırladıb ki, münaqişə zamanı didərgin düşməyə məcbur qalmış Azərbaycan vətəndaşlarına münasibətdə Ermənistan öhdəlik daşıyır. Məhkəməyə əsasən, işğal olunmuş ərazilərdən didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin torpaq hüquqlarının mənimsənilməsinə yönəlmiş Ermənistanın cəhdləri hüquq baxımından qanuni hesab oluna bilməz. Ermənistan tərəfindən azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulduğunu müəyyən edən Məhkəmə qərara gəlib ki, Ermənistan iddiaçılara münasibətdə Konvensiyadan irəli gələn hüquq pozuntularının aradan qaldırılması və müvəffəqiyyət əldə etmək perspektivi olan vasitələrlə təmin edilməsi üçün öhdəliklərini yerinə yetirməyib. Eyni səbəblərə görə, Məhkəmə müəyyən edib ki, iddiaçıların Laçın rayonundakı mülkiyyət və evlərindən istifadə edilməsinə imkan verilmədiyi ilə bağlı pozulmuş hüquqların bərpası üçün səmərəli vasitələr mövcud deyil.

Beləliklə, qənaətə gəlmək olar ki, Azərbaycana qarşı başlayan və bugünədək davam edən təcavüz və onun beynəlxalq səviyyədə tanınmış ərazilərinin (Dağlıq Qarabağ və ətraf ərazilər) hərbi işğalı, yüz minlərlə Azərbaycan vətəndaşlarının zəbt olunmuş ərazilərdən qovulması və bu ərazilərdə öz evlərinə qayıdaraq mülkiyyətlərindən istifadəsinə imkan verməyən Ermənistan Respublikası baş vermiş və davam edən beynəlxalq hüququn pozulmasına görə tam beynəlxalq məsuliyyət daşıyır. Dövlətin üzərinə düşən məsuliyyətin və hazırkı iş üçün xüsusi əhəmiyyət kəsb edən əsas tələbi pozuntuların aradan qaldırılması, onların bir daha təkrarlanmayacağına dair müvafiq təminat və zəmanətin verilməsi, vurulmuş zərərin tam reparasiya olunmasından ibarətdir. Bununla əlaqədar, ilk növbədə Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən silahlı qüvvələrini dərhal, tamamilə və qeyd-şərtsiz çıxarmaq öhdəliyi daşıyır. Azərbaycanlı məcburi köçkünlərin geri qayıtmaları üçün zəruri şərait yaradacaq bu öhdəliyin yerinə yetirilməsi heç bir halda güzəşt kimi nəzərdə tutula və ya təqdim oluna, üstəlik münaqişənin həlli prosesində alver vasitəsi kimi istifadə oluna bilməz. Sözügedən silahlı münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində təsdiq olunduğu kimi, güclə hədələmək və gücün tətbiqi ilə ərazilərin əldə edilməsi qanuni hesab oluna bilməz və bu, beynəlxalq hüququn əsas prinsiplərindən birinin tələbidir. Bu anlayış, həmçinin fərdi hüquq və azadlıqlara tətbiq olunur, hansıların ki pozulması heç bir halda bu hüquqları pozan tərəfindən əvvəldən planlaşdırılmış nəticəyə gətirib çıxara və onun maraqlarına xidmət edə bilməz.

Eyni səbəbdən Məhkəmə müəyyən edib ki, Laçın rayonundan olan müraciətçilərin mülk və evlərinə girişinin imtina olunmasına münasibətdə münasib səmərəli vasitə mövcud deyil.

Azərbaycan Respublikası bir daha xatırlatmağı məqsədəuyğun hesab edir ki, ümumi beynəlxalq hüququn imperativ normalarına aid öhdəliklərin pozulması yalnız Ermənistan üçün deyil, digər dövlətlər üçün də əlavə məsuliyyət doğurur ki, buraya da, inter alia, dövlətlərin bu cür pozuntuları qanuni yollarla aradan qaldırmaq üçün əməkdaşlıq etmək, ciddi pozuntu yolu ilə yaradılmış vəziyyəti qanuni tanımamaq və bu vəziyyətin saxlanmasına yardım göstərməmək kimi vəzifələri daxildir. Bu səbəbdən, beynəlxalq ictimaiyyətin işğalçı Ermənistan qüvvələrinin Azərbaycanın zəbt olunmuş ərazilərindən çıxarılmasını və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz doğma yurd-yuvalarına qayıtmalarını tələb edən BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinin icrasında təkid etmələri son dərəcə vacibdir.

Münaqişənin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, suverenliyi və ərazi bütövlüyü çərçivəsində mümkündür. Azərbaycanın ərazi bütövlüyü heç bir zaman danışıqlar mövzusu olmayıb və olmayacaq. Azərbaycan bu mövqe əsasında münaqişənin nizamlanması prosesinə sadiq qalır. Ermənistan tərəfi bu reallıqla nə qədər tez barışsa, münaqişə də bir o qədər tez həll olunacaq və region ölkələri və insanları əməkdaşlıq və iqtisadi inkişafdan faydalanacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

Payızın ilk “Ulduz”u

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək