Azərbaycan Rumıniyaya qaz tədarükünə başlayır
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Romgaz S.A.” arasında Azərbaycan Respublikasından Rumıniyaya qaz tədarükünə dair müqavilə imzalanıb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, müqavilə 2023-cü il yanvarın 1-dən etibarən təbii qazın Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə planlı nəqlini nəzərdə tutur.
Azərbaycan qazının Avropada yeni alıcıya çatdırılmasını təmin edən müqavilə ölkəmizin müxtəlif Avropa ölkələri ilə yeni ikitərəfli tərəfdaşlıqlar çərçivəsində qaz tədarükünün şaxələndirilməsi üzrə strateji hədəflərinə xidmət edir.
Sözügedən müqavilə 2022-ci il iyulun 18-də Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində imzalanıb. Memorandumun əsas məqsədlərindən biri Avropa İttifaqına təbii qaz tədarükünü artırmaq və enerji təhlükəsizliyinə töhfə verməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]