Azərbaycan Rusiyaya turizm səfərlərinin sayına görə ilk onluğa daxildir
Bakı, 19 mart, AZƏRTAC
TurStat analitik agentliyi 2017-ci ildə Rusiyaya turizm səfərlərinin sayına görə ölkələrin reytinqini tərtib edib.
AZƏRTAC həmin agentliyin məlumatlarına istinadla bildirir ki, 2017-ci ildə Azərbaycandan Rusiyaya turist səfərlərinin sayı 876 min, il ərzində Rusiyaya əcnəbi turistlərin səfərlərinin ümumi sayı isə 24 milyondan çox olub.
Keçən il Rusiyaya turist səfərlərinin sayına görə Azərbaycan beşinci yeri tutur.
2017-ci ildə Rusiyaya turist səfərlərinin sayına görə ölkələrin ilk onluğuna Ukrayna (8,7 milyon səfər), Qazaxıstan (3,5 milyon), Çin (1,5 milyon), Finlandiya (1 milyon), Polşa (714 min) və digər ölkələr daxildir.
Keçən il Rusiyaya turist səfərlərinin sayında artıma görə Çin və Cənubi Koreya lider olub. Çinlilərin Rusiyaya səfərlərinin sayı əvvəlki ilin göstərici ilə müqayisədə 15 faiz artaraq 1,5 milyona, Cənubi koreyalıların Rusiyaya turist səfərlərinin sayı isə 58 faiz artaraq 254 minə bərabər olub.
Bu barədə daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə müraciət edə bilərsiniz: http://turstat.com/inboundtravelrussia2017