AZƏRBAYCAN ŞAHMATÇILARI ALMANİYADA BEYNƏLXALQ TURNİRDƏ İŞTİRAK EDƏCƏKLƏR
Bakı, 31 iyul (AZƏRTAC). Avqustun 1-2-də Almaniyanın Maynts şəhərində şahmat üzrə “ORDİX Open” turniri start götürəcəkdir.
Rapid turnirdə azərbaycanlı qrossmeysterlər Vüqar Həşimov və Şəhriyar Məmmədyarovla yanaşı, Aleksandr Qrişuk, Rüstəm Kasımcanov, Etyen Bakro, Qata Kamski, Nikaro Nakamuro, Vladimir Akopyan, David Navara, Vladimir Malaxov və digər tanınmış şahmatçılar iştirak edəcəklər.
Nüfuzlu turnirin reytinq favoriti beynəlxalq qrossmeyster Vüqar Həşimov (2740) hesab edilir. Ş.Məmmədyarov (2717) bu sırada 5-ci yerdədir.
İkigünlük yarışda 615 şahmatçı mübarizə aparacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]