AZƏRBAYCAN ŞAHMATÇILARI İKİNCİ TURDA UĞURSUZ ÇIXIŞ ETMİŞLƏR
Bakı, 18 iyul (AZƏRTAC). Çexiyada gənc şahmatçılar arasında Avropa çempionatında ikinci tur keçirilmişdir.
Bu tur çərçivəsində Azərbaycan -1 komandasının Rusiya yığması ilə görüşündə 1,5:2,5 hesab qeydə alınmışdır. Azərbaycan -2 isə Almaniya komandası ilə qarşılaşmada 0:4 hesabı ilə məğlubiyyətə uğramışdır.
İki turdan sonra 1-ci komandamız 2 xal, 2-ci komandamız isə 3,5 xal toplamışdır.
Turnir cədvəlinə 7 xalla Polşa şahmatçıları başçılıq edirlər.
Qitə çempionatının medalları uğrunda 10 ölkədən 13 komanda mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:14]
Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib
- 16.10.2026 [13:03]