Azərbaycan seçkilərin intizamlı şəkildə təşkil edilməsi təcrübəsinə malikdir - İraqlı deputat
Bakı, 22 fevral, AZƏRTAC
Biz fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində müşahidəçi qismində iştirak etdik və gördük ki, hər şey həqiqətən də şəffaf və qanunauyğun şəkildə həyata keçirilir. Eyni zamanda, şahidi olduq ki, Azərbaycan seçkilərin intizamlı şəkildə təşkil edilməsi təcrübəsinə malikdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında İraq-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, İraq parlamentinin Xarici əlaqələr şöbəsinin müdir müavini Cabbar Al-Kinani deyib.
İraq-Azərbaycan dostluq əlaqələri barədə danışan deputat bildirib ki, ölkələrimiz arasında əlaqələr iki istiqamətdə - hökumətlər və xalqlar arasında, xalq diplomatiyası sahəsində inkişaf edir.
“Bilirsiniz ki, əlaqələrimizin bir istiqaməti də iraqlı tələbələrin Azərbaycanda təhsil almasıdır. Bu da ona gətirib çıxarır ki, Azərbaycanda iraqlılardan ibarət bir toplum, bir qurum yaranır. Bu, çox yaxşıdır, - deyə parlamentari qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]