AZƏRBAYCAN SƏFİRLİYİ ANMA MƏRASİMİ KEÇİRMİŞDİR
İlk öncə ölkəmizin Kiyevdəki səfirliyinin yanındakı bağçada ümummilli liderimizin abidəsi önündə matəm mitinqi olmuşdur. Səfir Tələt Əliyev mitinqdə çıxış etmişdir.
Tədbirdə “LUKoyl” şirkətinin Ukraynadakı nümayəndəliyinin başçısı Firuz İsayev, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Oqtay Əfəndiyev və UAK-ın digər üzvləri, Kiyev və Ukrayna müsəlmanlarının dini liderləri, milli azlıqların nümayəndələri iştirak etmişlər.
Ulu öndərin abidəsi önünə tər çiçəklər düzülmüşdür.
Sonra Zabitlər evində ehsan süfrəsi açılmışdır.