Azərbaycan şirkətlərinin Xarkovun bərpasında iştirakı müzakirə olunub
Kiyev, 16 mart, AZƏRTAC
Azərbaycan şirkətləri, xüsusən də tikinti şirkətləri arasında Xarkov şəhərinin bərpasında iştiraka maraq yüksəkdir.
AZƏRTAC Xarkov şəhər Şurasının saytına istinadla xəbər verir ki, bu fikri şəhər meri İqor Terexovla görüşündə Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov söyləyib.
İqor Terexov isə öz növbəsində qeyd edib ki, dağılmış mənzillərin və digər obyektlərin bərpası hazırda aktual məsələdir, ona görə də şəhər rəhbərliyi gələcək əməkdaşlıq və investisiya layihələrini müzakirə etməyə hazırdır.
Görüşdə, həmçinin azərbaycanlıların Xarkova qaytarılması imkanları da müzakirə edilib. İqor Terexov bildirib ki, şəhərin infrastrukturu tədricən bərpa olunur, mövcud şəraitdə mümkün qədər şəhər öz adi həyatına qayıdır. İnsanlar öz evlərinə qayıda bilərlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub
- 27.09.2026 [14:34]