“Azərbaycan tarixi – arxeoturizm” layihəsi start götürür
Bakı, 18 iyun (AZƏRTAC). Badamdar Qəsəbə Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Gənc turist” klubu iyul ayından etibarən “Azərbaycan tarixi - arxeoturizm” layihəsinin həyata keçirilməsinə başlayacaqdır.
Klubun rəhbəri Cəfər Mənsimi AZƏRTAC-a bildirmişdir ki, layihənin keçiriləcəyi iki ay ərzində gənclər və yeniyetmələr üçün arxeoloji turlar təşkil ediləcəkdir.
Məqsəd gənc nəsli ölkəmizdə aparılan arxeoloji qazıntılarla tanış etmək və bu yolla Vətənimizin tarixini dərindən öyrənməyə kömək etməkdir.
Arxeoloji turizm layihəsinə qatılanlar qruplara bölünərək həftədə bir dəfə bir neçə arxeoloji düşərgəyə baş çəkəcək, oradakı işlərlə tanış olacaq, arxeoloqlarla və tarixçilərlə görüşəcəklər. Turlar zamanı çəkilən fotoşəkillər internetdə yerləşdiriləcək, sosial şəbəkələrdə yayımlanacaqdır.
Layihə ilə bağlı Bakı Şəhəri Mədəniyyət və Turizm İdarəsinə müraciət olunduğunu qeyd edən C.Mənsimi vurğulamışdır ki, müraciətə müsbət cavab verilərsə, layihəyə iyul ayının 1-dən start veriləcək və səkkiz həftə ərzində hər həftənin istirahət günləri Azərbaycanın müxtəlif yerlərinə səfərlər təşkil ediləcəkdir. Bu qəbildən ilk səfərin qədim Ağsu şəhəri ərazisində aparılan irimiqyaslı qazıntı sahəsinə edilməsi nəzərdə tutulmuşdur.
Sonda görülən işləri əks etdirən kitab-kataloq hazırlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
- 09.07.2026 [14:26]
Naftalanda müalicə turizmi ilə aqroturizmi birləşdirən infotur
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:38]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [17:37]