AZƏRBAYCAN TARİXİNDƏ QADINLARIN FƏALİYYƏTİNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLƏCƏK
Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu və Azərbaycan Qadınlarının Milli Konfederasiyası fevralın sonunda birgə dəyirmi masa keçirəcəklər.
Konfederasiyanın həmsədri, Milli Məclisin deputatı Məlahət Həsənova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, tədbir Azərbaycan tarixində müstəsna xidmətləri olmuş qadınlara həsr ediləcəkdir. Yığıncaqda ictimai-siyasi irsin araşdırılması, görkəmli şəxsiyyətlərin adının əbədiləşdirilməsi, bununla bağlı kataloqun hazırlanması və digər məsələlər müzakirə olunacaqdır.