AZƏRBAYCAN TƏLƏBƏLƏRİ QAHİRƏDƏ KEÇİRİLƏN IV “XALQLAR GÜNÜ” SƏRGİSİNDƏ BİRİNCİ YERİ TUTMUŞLAR
Misirdə təhsil alan tələbələrimiz sərgidə Azərbaycanın dövlət atributlarını, ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif ölkələrə səfərlərini əks etdirən şəkillərini, milli geyimlərimizi, xalça nümunələrini, respublikamızın turizm yerlərinin fotoşəkillərini, habelə erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman törətdikləri soyqırımı və terror aktlarına, Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə dair ərəb və ingilis dillərində 40-a yaxın kitab nümayiş etdirmişlər.
Festivalın davam etdiyi günlərdə tələbələrimiz iştirakçılara ölkəmiz haqqında, Ermənistanın işğalçılıq siyasəti barədə məlumat verməklə yanaşı, müxtəlif broşürlər və kitablar, həmçinin Azərbaycanın Misirdəki səfirliyinin hazırladığı xüsusi DVD-lər paylamışlar.
Sonda “Firon kəndi” istirahət zonasının rəhbərliyi tərəfindən festival iştirakçılarına mükafatlar və hədiyyələr təqdim olunmuşdur. Azərbaycan gəncləri daha fəal olduqlarına görə I yerə layiq görülmüşlər.
Misirin “Nil” televiziya kanalı sərgini işıqlandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]