Azərbaycan təmsilçiləri İspaniyada şahmat festivalında mübarizəni davam etdirirlər
Bakı, 23 dekabr, AZƏRTAC
İspaniyanın Sitjes şəhərində keçirilən şahmat festivalında Azərbaycan təmsilçiləri liderlər qrupunda mübarizəni davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, turnirdə ən yaxşı nəticəni Eltac Səfərli göstərib. Belə ki, A turnirində mübarizə aparan şahmatçımız doqquz turda 6,5 xal toplayaraq 12-ci yerdə qərarlaşıb. Azərbaycan şahmatçılarından Məhəmməd Muradlı, Aydın Süleymanlı hərəyə 6, Ülviyyə Fətəliyeva 5,5, Amil Abbasov 4,4, Babək Cəfərli 4 xal toplayıblar.
İsveçrə sistemi üzrə keçirilən turnirdə 300-ə yaxın şahmatçı iştirak edir. Onlardan da 55-i qrossmeysterdir.
Turnir on turdan ibarətdir və dekabrın 23-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]