AZƏRBAYCAN TENNİSÇİLƏRİ TURNİRDƏ ÜÇÜNCÜ YERİ TUTMUŞLAR
AZƏRTAC xəbər verir ki, Avropa Stolüstü Tennis Birliyinin (ETTU) təşəbbüsü ilə İspaniyanın Mursiya şəhərində “II EURE-KİDS” adlı təlim-məşq toplanışı keçirilmişdir.
Azərbaycan stolüstü tennis komandasının baş məşqçisi A.Zudovun rəhbərliyi ilə təlim-məşq toplanışında ölkəmizi yığmamızın ən perspektivli oyunçuları - 1994-cü il təvəllüdlü Səbinə Əhmədova və 1995-ci il təvəllüdlü Rüstəm Əliyev təmsil etmişlər.
Toplanışdan sonra 17 ölkəni təmsil edən tennisçilərin iştirakı ilə turnir keçirilmişdir.
Qızların mübarizəsində Səbinə Əhmədova, oğlanların qarşılaşmasında isə Rüstəm Əliyev 3-cü yerə layiq görülmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]