Azərbaycan Texniki Universitetinin tələbələri Almaniyada təhsil imkanları barədə məlumatlandırılıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin maşın mühəndisliyi ixtisası üzrə alman dili tədris qruplarında təhsil alan tələbələri "Almaniyada təhsil imkanları və DAAD təqaüdləri" mövzusunda onlayn vebinarda iştirak ediblər.
Bu barədə AZƏRTAC-a AzTU-dan bildirilib. DAAD Bakı Məlumat Mərkəzinin rəhbər əvəzi, AzTU-nun məzunu Hikmət Kamallı və Mərkəzin tədris məsləhətçisi, “Vürzburg-Şveinfurt” Tətbiqi Elmlər Universitetinin məzunu Nəzrin Hətəmova Almaniyanın qabaqcıl universitetləri, DAAD təqaüdləri, təqaüdlü təhsil, yay məktəbləri, dil kursları və təcrübə proqramlarında iştirak imkanları ilə bağlı tələbələrə məlumat veriblər.
Hər bir tələbəyə bu proqramlarda iştirak etmək üçün qeydiyyatdan keçməyin qaydaları izah edilib. Sual-cavab formatında davam edən onlayn vebinarda tələbələri maraqlandıran digər məsələlərə də aydınlıq gətirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:02]
Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir
- 30.09.2026 [14:34]
ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb
- 30.09.2026 [14:13]