Azərbaycan Texnologiya Universitetində yay semestr imtahanları başlanıb
Gəncə, 22 avqust, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetində yay semestr imtahanlarına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yay semestri akademik borcu olan və qiymətini daha da yüksəltmək istəyən tələbələr üçün təşkil edilib. Universitetin rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov auditoriyaları gəzərək imtahan prosesini izləyib. O, yay semestrinin təşkili və imtahanların gedişatı ilə bağlı tələbələrin fikirlərini öyrənib.
İmtahanlar avqustun 24-də başa çatacaq.