Azərbaycan “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb
Bakı, 27 avqust, AZƏRTAC
Azərbaycan “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində çıxış edən qadın paracüdoçumuz Şəhanə Hacıyeva yaponiyalı Şuzika Hanqai və Viktoriya Potapovaya (Rusiya Paralimpiya Komitəsi) qalib gələrək qızıl medal uğrunda görüşə çıxıb. Finalda Fransa təmsilçisi Sandrine Martineti üstələyən Ş.Hacıyeva Paralimpiya çempionu olub.
Daha əvvəl pauerliftinqçimiz Pərvin Məmmədov (49 kq) bürünc medala sahib olub.
“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]