Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Turizm İnstitutu regionda peşəkar mərkəz olacaqdır

Bakı, 14 sentyabr (AZƏRTAC). Ölkəmizin əlverişli coğrafi mövqeyi, təbii sərvətləri, iqlim şəraiti onun inkişafını şərtləndirən mühüm amillərdəndir. Ulu Tanrı Azərbaycana füsunkar təbiət, xalqına gözəl mənəviyyat bəxş etmişdir. Azərbaycanın təbiəti, müalicəvi sərvətləri, xalqımızın qonaqpərvərliyi, adət-ənənələrimiz əsrlər boyu əcnəbi səyyahların gündəliklərində əks olunaraq müasir dövrümüzə qədər gəlib çatmışdır.

Bu gün Azərbaycan siyasi sabitliyinə, iqtisadi inkişafına görə dünyanın diqqət mərkəzindədir. Ölkədə keçirilən beynəlxalq tədbirlər, qlobal proseslərə təsir etmək imkanı, onun Qafqaz regionunda mövqeyi dünya dövlətlərinin Azərbaycana marağını artırır və nəticədə əcnəbilərin ölkəmizə axını gündən-günə çoxalır. Birinci dəfə ölkəmizin müxtəlif bölgələrinə işgüzar məqsədlə səfər edən xarici vətəndaşlar növbəti dəfə səfalı yerlərimizi istirahət məkanı kimi seçirlər. Həmçinin təbii müalicə sanatoriyalarımıza da şəfa tapmaq ümidi ilə gələnlərin sayı artmaqdadır. Son vaxtlar paytaxt sakinləri də bölgələrdə istirahətə üstünlük verirlər.

Azərbaycanda genişlənən və inkişaf edən turizm sənayesində peşəkar kadrlara böyük ehtiyac vardır. Bunu nəzərə alan Prezident İlham Əliyev 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Turizm İnstitutunun (ATİ) yaradılması haqqında Fərman imzalamışdır.

Gənc olmasına baxmayaraq bu institut ölkənin ali məktəbləri arasında, necə deyərlər, öz dəst-xətti ilə seçilə bilmişdir. Geniş beynəlxalq əlaqələri olan ATİ ölkədə yeganə ali məktəbdir ki, ikili diplom proqramını həyata keçirir. Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti (TEU) ilə bağlanmış müqavilə əsasında birinci kursu uğurla bitirən tələbə ingilis dili üzrə 6.0 nəticəni əldə etdikdən sonra proqramın iştirakçısı olur.

ATİ-nin tədris işləri üzrə prorektoru Eldar Aslanov AZƏRTAC-a bildirmişdir ki, bu il 19 tələbə məhz TEU-nun rektoru, professor xanım Eva Vernerin şəxsən iştirakı ilə keçirilmiş dövlət imtahanının nəticələrinə əsasən məzun olmuşdur və onlara iki diplom təqdim edilmişdir. İnstitutun təhsil şəraiti, zəngin kitabxanası, peşəkar müəllim kollektivi gələcəkdə iki diplom alan məzunların sayının artacağı haqqında fikir yürütməyə imkan verir. Yaxın vaxtlarda magistratura təhsili üzrə də TEU ilə müqavilə bağlanması planlaşdırılır.

ATİ Avropa İttifaqının Erasmus Mundus “Xarici Əməkdaşlıq Mübadilə Proqramı”nın ölkəmiz üzrə əlaqələndiricisidir. Proqram çərçivəsində Avropanın 16 universiteti ilə əməkdaşlıq edilir. Hazırda institutun bir neçə əməkdaşı Avropa ölkələrindədir və həmçinin Azərbaycana da tələbələrin gələcəyi gözlənilir. Bu ildən Almaniyanın Yade Universiteti ilə müntəzəm tələbə mübadiləsinin həcmi genişlənmişdir.

Prorektor bildirmişdir ki, yaxın vaxtlarda Elmi Şurada Almaniyanın Bremen İnstitutunun beynəlxalq turizm təhsili sahəsində əməkdaşlığa dair təklifinə baxılacaqdır. Ümumiyyətlə, Azərbaycan Turizm İnstitutu bir sıra universitetlər şəbəkəsinin üzvüdür.

Dünya Turizm Təşkilatına (DTT) assosiativ üzv kimi qəbul edilmiş institut 2016-cı ilədək onun keyfiyyət sertifikatını (TEDQUAL) almaq niyyətindədir. “Biz Azərbaycan Turizm İnstitutunu regional təhsil və treninq mərkəzinə çevirmək niyyətindəyik”, - deyən prorektorun sözlərinə görə, Azərbaycan DTT-nin alt (sub) zonasına daxildir. Sertifikat və regional səlahiyyət instituta Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində turizm təhsili və tədqiqatlarına elmi-metodiki rəhbərlik etməyə, bu bölgələrdə DTT-nin bütün tədbirlərinə ev sahibliyinə imkan verəcəkdir.

ATİ-nin başqa bir özəlliyi məzunlarının iş problemlərinin olmamasındadır. Bu gün bazarda yaxşı kadra ehtiyac vardır. Ölkəmizdə fəaliyyət göstərən məşhur “Hilton” və “Kempinski” şəbəkələrindən olan turizm xidmətləri sahələri özlərinə institutun tələbələrindən işçilər seçirlər. Prorektor Eldar Aslanov yalnız hərbi xidmətə görə oğlanlar istisna olmaqla, məzunların hamısının işlə təmin olunduğunu bildirmişdir.

Turizmin inkişafı ölkə rəhbərinin gündəlik nəzarətindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2011-ci il “Turizm ili” elan olunmuşdur. Bununla bağlı Prezidentin təsdiq etdiyi Tədbirlər Planında Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbinin yaradılması nəzərdə tutulmuşdur. Bu, gələcəkdə turizm obyektlərində xidmət heyətinin peşəkar kadrlardan təşkil olunmasına imkan yaradacaqdır. Beləliklə, yaxın gələcəkdə ATİ kadr hazırlığını peşə istiqamətində də aparacaqdır.

Kadr hazırlığını həm də elmi tədqiqatlar istiqamətində aparan ATİ-yə bu il doktorantura üçün 16 yer ayrılmışdır. Hazırda doktoranturaya sənədlərin qəbulu davam edir və oktyabrda imtahanlar başlanacaqdır.

ATİ-də turizm tədqiqatlarına xüsusi yer ayrılmışdır. İnstitutun Tədqiqat və İnkişaf Mərkəzində 20-dən çox elmi əhəmiyyəti olan tədqiqat aparılmışdır. Lənkəran, Zaqatala, Göygöl, Samur-Yalama bölgələri, Altıağac milli parkı və bölgəsi, Şirvan Milli Parkı və Qoruğu ərazilərinin turizm potensialı, Azərbaycanda turizm sektoru haqqında hesabatlar hazırlanmışdır.

İnstitut yeni tədris ilinə tam hazırdır. Bu il ali təhsil ocağına 318 tələbə qəbul olunmuşdur. Onların qəbul imtahanlarında göstəriciləri 500-600 bal arasındadır. Tələbə qəbulunun nəticələrinə görə institut ölkədə 3-cü yerdədir.

Qarşıdan 27 sentyabr - Dünya Turizm Günü gəlir. Bu münasibətlə institutda gənc alimlərin məqalə müsabiqəsi, kitabxanada yeni kitab sərgisinin keçirilməsi kimi daxili tədbirlər nəzərdə tutulmuşdur.

Noyabr ayında xarici ölkələrdən təcrübədən qayıtmış tələbələrin komissiya qarşısında təqdimatları olacaqdır.

Cəmi 6 yaşı olan ATİ-nin kadr hazırlığında, turizm tədqiqatlarında, beynəlxalq əlaqələrində əldə etdiyi nailiyyətlərə əsaslanaraq demək olar ki, bu təhsil müəssisəsi öz missiyasını uğurla yerinə yetirir və yaxın gələcəkdə onun turizm təhsili, tədqiqi və təlimi sahələrində regionda lider və peşəkar mərkəz olmağa şansı böyükdür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov