AZƏRBAYCAN-TÜRKİYƏ DOSTLUĞU VƏ QARDAŞLIĞI ƏBƏDİDİR
AZƏRTAC xəbər verir ki, Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç Qafqaz İslam Ordusunun 1918-ci il sentyabrın 15-də Bakını bolşevik-daşnak hərbi birləşmələrindən azad etməsini Azərbaycan və Türkiyə tarixinin ən əlamətdar günü kimi dəyərləndirmişdir. Diplomat bildirmişdir ki, şəhidlərimizin qanı ilə yazılan bu tarix xalqlarımız arasındakı əbədi qardaşlıq münasibətlərini daha da möhkəmləndirmişdir.
H.Kılıç ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xalqlarımızın qardaşlığına dair söylədikləri müdrik kəlamları xatırladaraq vurğulamışdır ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədidir və bundan sonra da inkişaf edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]