Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın mühüm dayağına çevrilib - ŞƏRH

Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın mühüm dayağına çevrilib -  ŞƏRH

Bakı, 28 iyun, AZƏRTAC

Azərbaycan ilə Türkmənistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksələrək siyasi, iqtisadi, nəqliyyat-logistika, enerji və humanitar sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə çatıb. İki ölkə arasında formalaşmış qarşılıqlı etimad, ortaq tarixi köklər, mədəni yaxınlıq və qardaşlıq münasibətləri əməkdaşlığın davamlı inkişafı üçün möhkəm zəmin yaradır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə söyləyib.

O bildirib ki, Qarabağda aparılan bərpa və yenidənqurma işlərinə Türkmənistanın verdiyi dəstək iki ölkə arasında yüksək etimadın və qarşılıqlı həmrəyliyin bariz nümunəsidir. Füzuli şəhərində məscidin inşası layihəsi təkcə humanitar təşəbbüs deyil, həm də işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə Türk dünyasının mənəvi dəstəyini əks etdirən mühüm addımdır. Bu yanaşma Azərbaycanın ərazi bütövlüyünə verilən dəstəyin və qardaşlıq münasibətlərinin praktik ifadəsidir.

Mədəni-humanitar əməkdaşlıq da ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biridir. Qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, yaradıcı kollektivlərin mübadiləsi, Bakı və Aşqabad, eləcə də Füzuli və Arkadağ şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması xalqlar arasında tarixi və mənəvi bağların daha da möhkəmlənməsinə xidmət edir. Bu istiqamətdə həyata keçirilən layihələr dövlətlərarası əlaqələrin ictimai dayaqlarını gücləndirərək gələcək əməkdaşlıq üçün əlverişli mühit formalaşdırır.

“Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi və bu istiqamətdə əməkdaşlığın dərinləşməsi regionlararası inteqrasiyanın mühüm tərkib hissəsinə çevrilib. Ortaq tarix, mədəniyyət və iqtisadi maraqlar, eləcə də nəqliyyat-kommunikasiya layihələri Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin daha da inkişaf etməsinə geniş imkanlar yaradır.

Nəqliyyat-logistika sahəsində əməkdaşlıq isə Azərbaycan-Türkmənistan tərəfdaşlığının strateji istiqamətlərindən biri kimi çıxış edir. Hər iki ölkə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında mühüm rol oynayır və Şərq-Qərb dəhlizinin səmərəli fəaliyyətində əsas tərəfdaşlar sırasındadır. Yükdaşımaların artırılması, tranzit imkanlarının genişləndirilməsi və yeni beynəlxalq yük axınlarının cəlb olunması istiqamətində əməkdaşlığın dərinləşdirilməsi təkcə iki ölkənin deyil, bütövlükdə Avrasiya məkanının iqtisadi və logistik təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq bir daha göstərir ki, iri regional layihələrin uğuru qarşılıqlı siyasi etimada və koordinasiyaya əsaslanır.

Enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də mühüm perspektivlər vəd edir. Azərbaycanın və Türkmənistanın zəngin enerji ehtiyatları regional və beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasına, yeni ixrac marşrutlarının inkişafına və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə geniş imkanlar yaradır”, - deyə Ə. Məhərrəmzadə vurğulayıb.

Deputat əlavə edib ki, iki ölkə arasında münasibətlərin inkişafı yalnız iqtisadi və siyasi sahələrlə məhdudlaşmır. Qarşılıqlı hörmətə əsaslanan münasibətlər, beynəlxalq platformalarda əməkdaşlıq və regional sabitliyə verilən töhfələr strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Bu əməkdaşlığın hüquqi bazasının davamlı şəkildə genişləndirilməsi və yeni sənədlərlə zənginləşdirilməsi gələcək birgə layihələrin uğurla reallaşdırılması üçün etibarlı əsas formalaşdırır.

Azərbaycan ilə Türkmənistan arasında münasibətlər artıq ənənəvi dostluq çərçivəsini aşaraq regional əməkdaşlığın, nəqliyyat-logistika layihələrinin, enerji təhlükəsizliyinin və iqtisadi inteqrasiyanın mühüm dayaqlarından birinə çevrilib. Bu strateji tərəfdaşlıq regionda sabitliyin, qarşılıqlı rifahın və dayanıqlı inkişafın möhkəmlənməsinə əhəmiyyətli töhfə verir.

Eyni zamanda, bu əməkdaşlığın Türk Dövlətləri Təşkilatı çərçivəsində daha da inkişaf etdirilməsi xüsusi önəm daşıyır. Ortaq tarixə, dilə, mədəniyyətə və strateji maraqlara əsaslanan Azərbaycan–Türkmənistan tərəfdaşlığı təşkilat daxilində siyasi həmrəyliyin möhkəmlənməsinə, nəqliyyat və enerji layihələrinin əlaqələndirilməsinə, iqtisadi-ticarət münasibətlərinin genişlənməsinə və humanitar əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcək. Bu baxımdan, iki qardaş ölkə arasında inkişaf edən münasibətlər bütövlükdə Türk Dövlətləri Təşkilatının güclənməsinə, Türk dünyasının birliyinin möhkəmlənməsinə və regionda sülh, sabitlik və davamlı inkişafın təmin olunmasına xidmət edən mühüm amillərdən biridir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb