Azərbaycan üzgüçüsü LEN kuboku yarışlarının növbəti mərhələsində iki medal qazanıb
Bakı, 30 yanvar, AZƏRTAC
Avropa Üzgüçülük Federasiyasının (LEN) kuboku uğrunda yarışlarının Lüksemburqda keçirilən növbəti mərhələsində Azərbaycan üzgüçüsü Maksim Şemberyev iki gümüş medal qazanıb.
Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov AZƏRTAC-a bildirib ki, Avropa və Asiyanın ən güclü üzgüçülərinin qatıldıqları turnirdə Maksim Şemberyev 400 metr məsafəyə qarışıq üsulla üzgüçülük yarışında 4.23 dəqiqə nəticə ilə ikinci yeri tutub. Azərbaycan idmançısı 1500 metr məsafəyə yarışda isə 15.38 dəqiqə nəticə ilə kürsünün ikinci pilləsinə qalxıb.
Üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürəhmanov idmançımızın yarışdakı çıxışını qənaət bəxş hesab edərək deyib: “Maksim Şemberyevin qatıldığı turnir iyulun 12-28-də Koreya Respublikasının Kvancu şəhərində keçiriləcək su idman növləri üzrə dünya çempionatına hazırlıq xarakteri daşıyır. İlin ilk mötəbər yarışında Maksimin tam gücü ilə çıxış etməməsi normal haldır. Bu, bizim üzün müddətdir böyük səylə çalışmağımızın nəticəsini müəyyənləşdirmək baxımından vacib yarış idi. Maksim qarşısında qoyulan öhdəlikləri yerinə yetirir. Ümidvaram ki, o, dünya çempionatında Azərbaycanı layiqincə təmsil edəcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]