Azərbaycan və Almaniyanın U-21 yığmalarının heyətləri bəlli olub
Bakı, 7 noyabr, AZƏRTAC
İyirmi bir yaşadək futbolçular arasında keçiriləcək “Avro-2017”nın seçmə mərhələsinin ilk matçında səfərdə Almaniya ilə qarşılaşacaq Azərbaycan millisinin və “Bundesteam”in heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan yığması noyabrın 9-dan 11-dək və 15-dən 17-dək Bakıda, noyabrın 11-dən 15-dək isə Almaniyanın Regensburq şəhərində təlim-məşq toplanışı keçirəcək.
Yığmamız “Avro-2017”nin seçmə mərhələsi çərçivəsində noyabrın 13-də səfərdə Almaniya, 17-də isə Bakıda Rusiya komandası ilə qarşılaşacaq.
U-21-in heyətinə dəvət olunmuş futbolçuların siyahısı bunlardır:
Fəhmin Muradbəyli, Elşən Abdullayev, Məqsəd İsayev, Rahil Məmmədov (hamısı “Neftçi”), Şahrudin Məhəmmədəliyev, Cəmil Hacıyev, Tərlan Əhmədli (hamısı “Sumqayıt”), Adil Nağıyev, Sadiq Quliyev (hər ikisi “Zirə”), Azər Salahlı, Vüqar Mustafayev (hər ikisi “Qarabağ”), Fuad Bayramov, Abbas Hüseynov (hər ikisi “İnter”), Budaq Nəsirov, Azad Kərimov (hər ikisi “Kəpəz”), Rəşad Əzizli (“Rəvan”), Tural Hümbətov (AZAL), Elvin Camalov (“Qəbələ”), Kerem Behnke, Taşkın İlter (hər ikisi “TSG Neustrelitz”, Almaniya), Bilal Sezer (“Borussiya”, Mönhenqladbax, Almaniya).
Elvin Camalov, Abbas Hüseynov və Fuad Bayramov komandaya noyabrın 10-da, Taskin İlter, Kerem Behnke və Bilal Sezer isə noyabrın 11-də qoşulacaq.
Bu arada “Avro-2017”nin seçmə mərhələsi çərçivəsində millimizin rəqibi olan Almaniya yığmasının da heyəti bəlli olub. Məlum olub ki, “Bundesteam”in baş məşqçisi Horst Hrubeş komanda düşərgəsinə 19 futbolçu cəlb edib. Almaniyalı çalışdırıcı U-21in heyətinə ilk dəfə paxtaxt klubu olan “Herta”nın yarımmüdafiəçisi Miçel Vayzeri dəvət edib.