CƏMİYYƏT
Azərbaycan və Nigeriya arasında hərbi-texniki sahədə əlaqələr müzakirə olunub
Bakı, 26 iyul, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi sərgisinin ikinci günündə müdafiə sənayesi nazirinin müavini Vüqar Mustafayev Nigeriya Federativ Respublikasının müdafiə naziri İbrahim Abubakar Kana ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Sonra “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar və Türkiyə Respublikası Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət ediblər.
Stend ziyarəti zamanı nazir müavini Vüqar Mustafayev və müdafiə nazirinin müavini - Hərbi-texniki təchizat baş idarəsinin rəisi Aqil Qurbanov qonaqlarla görüşüblər.
Görüşdə mövcud əməkdaşlığın inkişafı və maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Sonda Selçuk Bayraktara hədiyyə təqdim edilib.