Azərbaycan və Rusiya arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 19 dekabr, AZƏRTAC
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyət və perspektivləri müzakirə olunub.