Azərbaycan və türk diaspor təşkilatları Parisdə piket keçirəcəklər
Bakı, 12 noyabr (AZƏRTAC). Ermənistan prezidenti Serj Sarkisyanın Fransaya nəzərdə tutulmuş səfərinə etiraz əlaməti olaraq Azərbaycanın diaspor nümayəndələri yaxın saatlarda Parisdə piket keçirəcəklər.
Bu barədə hazırda Fransada səfərdə olan, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı məlumat vermişdir.
DAK-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan diaspor nümayəndələrinin etiraz aksiyasında Fransada və Avropanın digər şəhərlərində fəaliyyət göstərən türk diaspor təşkilatları da dəstək verəcəklər.
Bakı vaxtı ilə saat 18:00-da Ermənistanın Fransadakı səfirliyinin qarşısında keçiriləcək aksiyada Ermənistanın işğalçılıq siyasəti, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın işğal faktını tanımaması və problemin ədalətli həllinə nail olmaq üçün heç bir addım atmaması pislənəcək, işğalçı Ermənistana göstərilən siyasi dəstəyə kəskin etiraz bildiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]