Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Türkiyə “HAKİM” sistemi ilə hava məkanına birgə nəzarət edəcək – Şərh

Azərbaycan və Türkiyə “HAKİM” sistemi ilə hava məkanına birgə nəzarət edəcək –  Şərh

Bakı, 31 iyul, AZƏRTAC

Azərbaycan və Türkiyə hava məkanlarına nəzarət bir millət, iki dövlət, bir hava məkanı şüarı ilə birləşib. Ümummilli Lider Heydər Əliyevin tarixi şüarı əsasında daha da möhkəmlənən Azərbaycan-Türkiyə əlaqələri iki ölkənin hava məkanına birgə nəzarət sistemi ilə yüksələn xətlə inkişaf edir. Qardaş ölkələr müştərək şəkildə “HAKİM” hava komandanlığı idarəetmə sisteminin artıq tətbiqinə başlayıblar. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ay açılışında iştirak etdikləri Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsi hərbi hava qüvvələrimizə birgə əməliyyat həyata keçirmək üçün geniş imkanlar açır.

Qardaş dövlətin “ASELSAN” şirkətinin mühəndislərinin hazırladıqları “HAKİM” yeni nəsil proqram təminatı və infrastruktur texnologiyalarından istifadə edir. Müxtəlif ölkələrin silah, radar, planlaşdırma, elektron müharibə və kəşfiyyat sistemləri ilə inteqrasiyada işləmək qabiliyyətinə malikdir. Həmçinin operativ və taktiki sahədə istifadə olunan “HAKİM” real vaxt rejimində idarə edilən komanda və idarəetmə sistemidir.

Bu barədə AZƏRTAC-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev “HAKİM” sisteminin üstünlüklərini şərh edərkən söyləyib.

O deyib ki, bu sistem vasitəsilə Azərbaycan və Türkiyə mühüm inzibati mərkəzləri, idarəetmə orqanlarını, hərbi komanda məntəqələrini, əhalinin sıx yaşadığı coğrafiyanı və digər mühüm strateji obyektlərin birgə qorunmasını təmin edəcək. Burada hər iki ölkənin bir-birinə müasir silah sistemlərinin tədarükü, idxalı və ixracı da nəzərdə tutulur. Əsasən qardaş ölkənin yerli istehsal olan hava hücumundan müdafiə sistemlərini ehtiva edir. Digər tərəfdən isə hazırda Türkiyənin silahlı qüvvələrinin istifadəsində müasir uzaqmənzilli erkən xəbərdarlıq sistemləri, təyyarələr mövcuddur. “HAKİM”in tətbiqi qardaş ölkənin silahlanmasında yer alan uzaqmənzilli radiolokasiya təyyarələrinin və erkən xəbərdarlıq sistemlərinin Azərbaycanla birgə istifadəsinə imkan yaradacaq.

Hərbi ekspertin sözlərinə görə, “HAKİM” sistemi qardaş ölkələrin hərbi hava qüvvələrinin birgə həyata keçirdiyi ən mühüm layihələrdəndir. Layihə tam reallaşdıqdan sonra birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinədək ərazini əhatə edəcək. “HAKİM” Azərbaycan ilə Türkiyənin hava hücumundan müdafiə sahəsində ən aktual layihələrindəndir. Hava məkanının idarə edilməsi və ona nəzarət funksiyalarını yerinə yetirəcək sistemin birgə tətbiqi iki ölkənin müdafiə sahəsində qazandığı ən möhtəşəm uğurlardan biridir. Layihə çərçivəsində Azərbaycan və Türkiyənin arsenallarındakı bütün silah sistemləri hava hücumundan müdafiə vasitələrinə inteqrasiya edilərək Qara dənizdən Ağ dənizə qədər böyük ərazidə hava məkanına müştərək nəzarət etmək imkanlarını birləşdirəcək. Yəni bu sistem gələcəkdə türkdilli dövlətlərin də həmin sistemə inteqrasiyasına yardım edəcək. Bununla da yalnız regional deyil, həm də beynəlxalq səviyyədə hava məkanının təhlükəsiz formada qorunmasına zəmanət veriləcək.

Xatırladaq ki, “HAKİM” layihəsi Azərbaycan Hərbi Hava Qüvvələri Komandanlığının taktiki və operativ komanda və idarəetmə fəaliyyətini həyata keçirə biləcəyi beynəlxalq standartlara cavab verən sistemdir. Bu sistem həm öz hava məkanımıza nəzarət və idarə etmək, həm də qonşu dövlətlərin hava fəaliyyətini müşahidə etmək üçün xəbərdarlıq, nəqliyyat və silah radarları ilə aşkarlanan hava obyektlərinin identifikasiyası fəaliyyətlərini həyata keçirir. O müxtəlif növ radarlardan alınan məlumatları birləşdirərək hava obyektlərinin aşkarlanmasında fasiləsiz fəaliyyət göstərə bilir.

Qeyd edək ki, bu gün Azərbaycan və Türkiyə əməkdaşlığı bölgənin sülh və sabitliyinə yönəlib. Bu əməkdaşlıq heç bir ölkə üçün təhdid yaratmır. İki dost dövlətin birliyinə qarşı bütövlükdə işğalçılar və onların dəstəkçiləri mövcuddur. Məhz bu mənada bizim vahid hava məkanımız “Dəmir yumruğ”a çevrilərək bütövlükdə regionun təhlükəsizliyini təmin edəcək. Bu türk dünyasının, Avropanın və “Böyük İpək Yolu”nun təhlükəsiz bir yola çevrilməsinə yönəlmiş tarixi addımdır. Onun memarları isə türk dünyasının liderləri olan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Bir sözlə, bundan sonra ölkəmizin hava məkanı daha etibarlı şəkildə qorunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq