Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində tarixi fenomen idi

Bakı, 27 may (AZƏRTAC). 1918-1920-ci illər Azərbaycan xalqının həyatında çox böyük əhəmiyyət kəsb edən bir dövrdür. Azərbaycan, məhz bu mürəkkəb dövrdə ilk dəfə dövlət suverenliyini qazanaraq dünya birliyində özünə yer təmin etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illər onun istiqlalının və gələcəyinin bünövrəsini qoymuşdur.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu - XX əsrin əvvəllərində ölkəmizdə mövcud ictimai-siyasi, ədəbi, fəlsəfi fikrin, eyni zamanda, bu dövrdə genişlənən və Avropada toplanmış bütün nəzəri və əməli təcrübəni özündə cəmləşdirən milli azadlıq hərəkatının bilavasitə nəticəsi idi. Digər tərəfdən, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına həmin ərəfədə Rusiyada və dünyada baş verən ictimai-siyasi hadisələrin məntiqi inkişafı nəticəsində yaranmış əlverişli şərait yol açmışdı.

Gəlin tarixə qısa ekskurs edək və həmin illərdə nələr baş verdiyini bir daha xatırlayaq.

1917-ci ilin martından 1918-ci ilin mayınadək Cənubi Qafqazda yaradılmış müxtəlif idarəçilik qurumları bölgənin xalqları arasında ciddi ziddiyyətlərin mövcudluğunu üzə çıxardı. 1918-ci ilin yazında Cənubi Qafqaz hökumətinin Osmanlı dövləti ilə müharibə etməsi, azərbaycanlıların erməni-bolşevik soyqırımına məruz qalması millətin xilası naminə müstəqil dövlətin yaradılmasını zəruri edirdi. Qanlı mart hadisələrini yaşamış Azərbaycan xalqının qabaqcıl ziyalıları artıq millətin nicatını muxtariyyətdə deyil, müstəqillikdə görürdülər.

Bölgədə baş verən hadisələr Zaqafqaziya Seyminin ləğvi və 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə nəticələndi. Azərbaycan Milli Şurası bununla xalqımız qarşısında çox böyük bir tarixi missiyanı yerinə yetirmiş oldu. Bu, Rusiyada və dünyada gedən sosial-siyasi proseslərin tərkib hissəsi olmaq etibarilə, həmçinin beynəlxalq əhəmiyyətli hadisə idi.

Azərbaycanın İstiqlal Bəyannaməsini elan etməklə Milli Şura xalqımızın şərəf və namusunu hifz etdi, onu bir millət kimi məhv olmaq təhlükəsindən qurtardı. Milli müstəqilliyini elan etməklə Azərbaycan xalqı ilk növbədə itirilmiş dövlətçiliyinə qovuşdu və XX yüzillik üçün səciyyəvi olan milli dövlət quruculuğuna başladı. Tarix üçün bir an sayılan 23 ayda Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işlər miqyasına və əhəmiyyətinə görə xalqımızın həyatında olduqca böyük hadisədir.

Xalqı bolşevik-erməni təcavüzündən xilas etmək üçün milli ordunun yaradılması Cümhuriyyətin ən böyük xidmətlərindən biridir. Çox qısa vaxtda formalaşdırılan nizami ordu 1919-cu ildə Qarabağda Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etməyə imkan verdi.

Yenə olduqca qısa bir vaxtda Azərbaycan Xalq Cümhuriyyəti parlamenti, hökuməti, ordusu, gömrük və hüquq mühafizə orqanları olan, milli rəmzlərə və dövlət atributlarına malik, vətəndaş haqlarını və hüquqlarını uca tutan demokratik bir respublikaya çevrildi. Milli, dini, siyasi, sinfi mənsubiyyətinə fərq qoyulmadan vətəndaşların hüquq və azadlıqları təmin edildi. Bu, XX əsrin əvvəllərində monarxiya hərbi-feodal rejimlərinin hökm sürdüyü Şərqdə tarixi fenomen idi. Məhz ilk dəfə Azərbaycanda vətəndaş həmrəyliyinə əsaslanan demokratik, dünyəvi, unitar dövlət qurulmuşdu. Bu dövlətdə söz, mətbuat, vicdan azadlığı yüksək səviyyədə təmin olunmuşdu.

Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin və mövcud siyasi qüvvələrin təmsil olunduğu parlament özündə Cümhuriyyətin demokratik xüsusiyyətlərini əks etdirirdi. Parlament xalqın milli şüurunun inkişafında mühüm rol oynamaqla bərabər, siyasi və hüquqi dəyişikliklərin həyata keçirilməsində taleyüklü addımlar atırdı. Parlament əslində ölkədə çoxpartiyalı siyasi sistemin təşəkkül tapması üçün ilk meydan oldu.

O dövrdəki çətin şəraitə baxmayaraq, iqtisadiyyatın əsaslı surətdə bərpası üçün mühüm qərarlar qəbul edilmiş, sosial-iqtisadi islahatların reallaşdırılmasına imkan verən hüquqi baza yaradılmış, dövlətin iqtisadi siyasətini həyata keçirən strukturlar, o cümlədən vergi və maliyyə orqanları, dövlət bankı formalaşdırılmışdı.

Milli hökumət və parlament Azərbaycan mədəniyyətinə və xalq maarifinin inkişafına xüsusi qayğı göstərirdi. Belə bir qayğı Azərbaycan ziyalılarının uzun illərdən bəri milli məktəb və mədəniyyət uğrunda apardıqları gərgin mübarizənin bilavasitə təzahürü idi. Bütün məktəblərdə təhsilin icbari qaydada ana dilində aparılması, müxtəlif səviyyəli təhsil müəssisələrinin, mədəniyyət ocaqlarının təşkili, xüsusən 1919-cu ildə Bakı Dövlət Universitetinin, 1920-ci ildə Azərbaycan Dövlət İnformasiya Agentliyinin yaradılması Cümhuriyyətin ən mühüm xidmətləri sırasına daxildir.

Xarici siyasət sahəsində də müəyyən uğurlar əldə edilmişdi. Qərbi Avropanın və Asiyanın bir sıra ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik missiyası təsis edilmiş, Paris Sülh Konfransında isə respublikamız müstəqilliyinin de-fakto tanınmasına nail olmuşdu. Hələ XX əsrin əvvəllərində Azərbaycan demokratiyasının baniləri insan hüquqlarına hörmət prinsipini, dövlətlər arasında bərabərhüquqlu və faydalı münasibətlərə riayət etməyin zəruriliyini, zor işlətməyin yolverilməzliyini, dövlətlərin ərazi bütövlüyünə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipini əsas tutur və bu prinsiplərə dönmədən əməl edirdilər.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin vəziyyəti sovet Rusiyası və daşnak Ermənistanın bölgədə yeritdiyi antihumanist siyasət, iri dövlətlərin öz maraqlarını həyata keçirmək uğrunda apardıqları rəqabət, həmçinin ölkədaxili ziddiyyətlərin dərinləşməsi səbəbindən daha da kəskinləşmişdi. Cümhuriyyətin mövcudluğunun son dövründə Azərbaycanın daxilində çox ziddiyyətli proseslər gedirdi. Parlamentdə və ondan kənarda müxtəlif siyasi qüvvələr bir-biri ilə rəqabət aparır, hakimiyyət uğrunda mübarizə qızışırdı. Bütün bunlar isə Xalq Cümhuriyyətini, onun parlamentini və hökumətini zəiflədirdi. Belə bir şəraitdə Azərbaycanın müstəqilliyinə qarşı çıxan xarici və daxili qüvvələrin aramsız təzyiqinə məruz qalan milli dövlətimiz son nəticədə süquta uğradı. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti özünün olduqca gərgin şəraitdə keçən sonuncu iclasında hakimiyyəti Azərbaycan kommunistlərinə verərək fəaliyyətini dayandırdı.

Çox qısa müddətdə süquta uğramasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti xalqımızın yaddaşına əbədi həkk olundu. Əsası məhz 95 il əvvəl qoyulmuş milli dövlətçilik ənənələrinin, mədəni, elmi, iqtisadi, kadr potensialının mövcudluğu xalqımıza öz varlığını, mədəniyyətini, milli mənliyini qoruyub saxlamaq və yenidən dirçəlib 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmək imkanı verdi.

Yeni tarixi şəraitdə Azərbaycan ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra beynəlxalq birliyin suveren üzvü kimi dünya dövlətləri arasında öz layiqli yerini tutmağa başladı. Ölkəmizin bu mürəkkəb dövrdə üzləşdiyi bəlalardan xilas olması, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, demokratik dəyərlərin bərqərar olması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev dühası xalqı vahid milli ideya - azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi, ölkəni parçalamağa çalışan separatçı qüvvələri zərərsizləşdirdi, respublikada sabitlik yaratdı. Müasir müstəqil Azərbaycanın nicatı və bir dövlət kimi formalaşması məhz bu böyük qayıdış sayəsində mümkün oldu.

Ulu Öndərin 1998-ci il 30 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi ölkəmizdə geniş qeyd edildi. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi münasibətilə 1998-ci il mayın 27-də keçirilmiş təntənəli mərasimdəki çıxışı zamanı ümummilli lider Heydər Əliyev Cümhuriyyətin yaradılmasını tarixi hadisə kimi qiymətləndirərək vurğulamışdı: “Xalqımızın böyük insanları 1918-ci il may ayının 28-də Tiflisdə Azərbaycanın “İstiqlal Bəyannaməsi”ni elan edərək respublikamızın müstəqilliyinin əsasını qoydular. Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar. Beləliklə, XX əsrin əvvəlində Azərbaycanda xalqımız milli azadlığını bəyan etdi, öz milli dövlətini yaratmağa başladı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu”.

Ulu öndər Heydər Əliyev dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin özünəməxsus yeri olduğunu nəzərə alaraq 2003-cü ilin fevralında Bakıda Cümhuriyyətin xatirəsinə abidə ucaldılması haqqında Sərəncam imzaladı.

Müstəqil dövlətçilik və demokratik amallar uğrunda mübarizə aparan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri bu gün də yaşayır, qətiyyətlə inkişaf etdirilir. Cümhuriyyətin siyasi varisi olan, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müasir Azərbaycan müstəqillik yolunda yeni-yeni uğurlar qazanır, qabaqcıl və demokratik dünya dövlətləri arasında özünə layiqli yer tutur. Əminliklə vurğulamaq olar ki, xalqımız ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşərək fundamental nailiyyətlər qazanacaq, öz müstəqilliyini daim qoruyub saxlayacaq, öz dövlətini zaman-zaman möhkəmləndirəcəkdir.

Maqsud Dadaşov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb