Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda atmosfer havasının keyfiyyətini ölçmək üçün müasir avtomat stansiyalar quraşdırılıb

Bakı, 18 dekabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının Hava Keyfiyyəti Təlimatlarında göstərilir ki, dünyada əhalinin 95 faizindən çoxu bu sahəyə aid Avropa standartlarına cavab verməyən şəhərlərdə yaşayırlar. Ölkədə olan vəziyyəti səciyyəndirəndə, nəzərə almaq lazımdır ki, ümumi mənzərə çox fərqli olacaq.

Dünyanın iri şəhərlərinə xas olan tendensiyalar, təbii ki, Azərbaycanda da müşahidə olunur. Belə ki, Bakı, Sumqayıt, Gəncə kimi iri sənaye şəhərlərində atmosfer havası, aqrar bölgələrlə müqayisədə, çirklənməyə daha çox məruz qalır. İri şəhərlərdə atmosfer havasını çirkləndirən mənbələr əsasən sənaye müəssisələri və nəqliyyat vasitələridir. Lakin, müəssisələrin az tullantılı texnologiyalarla təmin olunması, həmçinin nəqliyyatda "smart" yanaşmaların tətbiqi ilə atmosfer havasına olan təsirləri azaltmaq mümkündür.

Müqayisə üçün bəzi statistik rəqəmləri nəzərdən keçirək. Əgər 1990-cı ildə ölkəmiz üzrə sənaye müəssisələrindən atmosferə buraxılan tullantının miqdarı 2108 min ton olmuşdursa, həmin göstərici 2019-cu ildə 177 min ton təşkil edib. Azərbaycan sürətlə inkişaf edən ölkədir. Lakin bu inkişafı, ekoloji tarazlığı təmin etmək üçün qəbul olunan dövlət proqramlarının və uğurlu ekoloji layihələrin həyata keçirilməsi hesabına, “yaşıl”, təbiətə dost inkişaf kimi qiymətləndirmək olar. Təkcə son il ərzində Abşeron yarımadasında milyonlarla ağac əkilib. Məlum olduğu kimi, karbon qazının udulmasında yaşıllıqların rolu əvəzsizdir və belə irimiqyaslı layihələr ümumi ekoloji vəziyyətin sağlamlaşdırılmasına xidmət edir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

U.Tağıyeva, həmçinin bildirib: “İri şəhərlərin atmosfer havasına əhəmiyyətli dərəcədə təsir göstərən sahə nəqliyyat sektorudur. Statistik rəqəmlər bunu bir daha təsdiqləyir. Nəqliyyatın havaya buraxdığı tullantıların miqdarı 1990-cı illə müqayisədə 207 min ton artımla (2019-cu ildə 945 min ton) qeydə alınıb ki, bu da nəqliyyat vasitələrinin sayının bir neçə dəfə artması ilə izah edilir. Nəticə etibarilə ölkəmizdə 1990-cı iləqədərki dövrdən fərqli olaraq, atmosfer havasına tullantıların buraxılmasında nəqliyyatın payı sənaye müəssisələrinin payını üstələyib. Aparılan təhlillər bu sektorda ciddi addımların atılmasını zəruri edir. Bakı Nəqliyyat Agentliyinin son dövrlərdə Bakını smart şəhər konsepsiyasına töhfə verən bəzi yeniliklərini qeyd etmək yerinə düşər. Belə ki, sərnişin avtobuslarına dair norma və standartlar müəyyən edilən zaman ekoloji məqamlar da nəzərə alınıb. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənən tələblərdə qeyd olunduğu kimi 2022-ci ildən yalnız sıxılmış təbii qaz və elektrik mühərrikli avtobuslar istismara qəbul olunacaq. Dizel mühərrikli avtobuslar isə tədricən istismardan çıxarılacaq.

Buna uyğun olaraq ötən müddətdə dövlət başçısının birbaşa tapşırığına əsasən paytaxta Avro-6 standartlarına cavab verməsi ilə fərqlənən sıxılmış təbii qaz (CNG) mühərrikli ümumilikdə 603 ədəd müasir avtobus gətirilib. Həmin avtobusların əsas xüsusiyyəti CNG mühərriki sayəsində ətraf mühitə minimum təsir göstərməsidir”.

Atmosfer havasının insan sağlamlığına təsir göstərən amillərdən olduğunu qeyd edən U.Tağıyeva havanın keyfiyyəti ilə əlaqədar məlumatlara əlçatanlığın təmin edilməsinin məqsəd kimi qarşıya qoyulduğunu bildirib: “Ölkədə mövcud olan hava keyfiyyətinin monitorinq şəbəkəsi bir çox amillər baxımından müasir standartlara, beynəlxalq meyarlara cavab vermirdi. Ölçülən çirkləndiricilərin seçimi ictimai səhiyyənin tələblərinə uyğun deyildi, monitorinq ləng və zəhmət tələb edən mexaniki analizlərə əsaslanırdı. Ona görə də hava keyfiyyətinə dair cari monitorinq şəbəkəsinin modernizasiyası işlərinə başlanılıb. Ölkəmizdə həyata keçirilən “Avropa İttifaqının nümunəvi təcrübələri əsasında Azərbaycana Milli Ekoloji Monitorinq Sisteminin (MEMS) təkmilləşdirilməsi” layihəsi çərçivəsində monitorinq şəbəkəsi üçün modernizasiya planı hazırlanıb. Layihənin həyata keçirilməsi nəticəsində real vaxt rejimində çalışan avtomatik analizatorlardan daxil olan məlumatlar mərkəzi məlumat bazasında toplanılacaq. Avropa təcrübəsinə uyğun olaraq həmin məlumatlara əhalinin onlayn rejimdə çıxışı təmin olunacaq, hər kəs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında bu məlumatlarla tanış ola biləcək.

Modernizasiya planının birinci mərhələsinə əsasən Dövlət İnvestisiya Layihəsi hesabına beş avtomatik rejimdə çalışan stansiya və bir ədəd mobil laboratoriya alınaraq Bakı şəhərində 3, Sumqayıt və Gəncədə 1 avtomatik stansiya quraşdırılıb. Stansiyalar dünyada ətraf mühit üzrə analizator istehsalına görə öndə gedən “Thermo” (ABŞ) şirkətinin cihaz və avandanlıqları ilə komplektləşdirilib. Eyni zamanda, stasionar müşahidə məntəqələri ilə əhatə edilməmiş ərazilərdə hava keyfiyyətinin operativ şəkildə monitorinqinin həyata keçirilməsi üçün dövlət investisiya layihəsi çərçivəsində 1 ədəd Mobil Laboratoriya alınıb və həmin laboratoriya beynəlxalq standartlara uyğun müasir cihaz və avadanlıqlarla təchiz olunub. Laboratoriya ərazidə havanın keyfiyyət göstəriciləri üzrə analitik araşdırma aparmaqla vəziyyətin yerində qiymətləndirilməsini təmin edəcək.

Dövlət investisiya layihələri çərçivəsində 2025-ci ilə qədər 25 ədəd bu cür avtomatik stansiyanın alınması və ölkə ərazisində monitorinq məntəqələrinin qurulması planlaşdırılıb”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda avtomobil piyadanı vurub

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib