Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır- SƏRƏNCAM
Bakı, 14 iyul, AZƏRTAC
Prezident İlham Əliyev iyulun 14-də ölkəmizdə Axar-Baxar və İlisu Milli parklarının yaradılması haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11113,46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7000,10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5788,43 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 23901,99 hektar sahədə Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı yaradılacaq.
Zaqatala rayonunun dövlət ehtiyat fondu torpaqlarından 206,74 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 13759,26 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 13966,0 hektar sahədə Azərbaycan Respublikasının İlisu Milli Parkı yaradılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [16:10]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir YENİLƏNİB VİDEO
- 05.06.2026 [15:53]
Bazar günü Bakıda yağış yağacaq - XƏBƏRDARLIQ
- 05.06.2026 [15:21]
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb
- 05.06.2026 [14:06]