Azərbaycanda bir qrup idman xadiminə “Tərəqqi” medalı və fəxri ad verilib - SƏRƏNCAM
Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə bir qrup şəxs “Tərəqqi” medalı ilə təltif edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Yaqub Abdullayev, Cahangir Ağarəhimov, Elmira Aslanova, Cahangir Bayramov, Coşqun Əliyev, Fikrət Hüseynov, Azər Məhərrəmov, Eduard Məmmədov, Vəfa Musayeva və Nurəddin Rəcəbov “Tərəqqi” medalı ilə təltif olunublar.
Zöhrab Gözəlbəyli, Ələkbər İmaməliyev, İlahə Qədimova və Mövlud Mirəliyevə Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib.
Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Qərib Əliyev, Tərlan Həsənov və Asim Xudiyevə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [17:18]
AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:46]
Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO
- 27.09.2026 [14:23]
Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- 27.09.2026 [14:00]