Azərbaycanda dərman vasitələrinin qeydiyyata alınması ilə bağlı yeni qaydalar müəyyənləşir
Bakı, 11 aprel, AZƏRTAC
Müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında dövlət qeydiyyatına alınmasına yol verilməyəcək. Eyni istehsalçının və ya həmin istehsalçının lisenziyası əsasında istehsal olunmuş, eyni əmtəə nişanı adı altında, lakin təsiredici maddənin dozası, farmasevtik forması, ticarət qablaşdırması və ya qablaşdırma miqdarı fərqli olan dərman vasitələri burada istisna təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin aprelin 11-də keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
“Dərman vasitələri haqqında” Qanuna təklif olunan dəyişiklik səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə əlaqədar hazırlanıb.
Yeni qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan “qurum” dərman vasitələrinin ekspertizasının hansı hallarda aparılmasını müəyyən etdikdən sonra həmin hallar nəzərə alınır və Səhiyyə Nazirliyi, istehsal və ya topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr tərəfindən ölkəyə dərman vasitələrinin idxalı həyata keçirilir.
Sənəd səsverməyə qoyularaq təsdiqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:42]
Daha bir onlayn mərc şəbəkəsi ifşa edilib
- 10.08.2026 [16:17]
Lökbatanda dənizdə batan iki nəfərin meyiti tapılıb
- 10.08.2026 [14:16]
Sosial xidmətə cəlb edilən uşaqlar üçün ekskursiya təşkil edilib
- 10.08.2026 [13:04]