Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər üçün infoturlar təşkil ediləcəkdir
Bakı, 17 may (AZƏRTAC). Mayın 20-21-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə Azərbaycanda fəaliyyət göstərən 30 ölkənin diplomatik nümayəndəlikləri üçün Quba və Qusar rayonlarına infotur təşkil edəcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iki gün davam edəcək infoturda səfirliklərin nümayəndələri Azərbaycanın, xüsusilə də Quba-Qusar bölgəsinin zəngin turizm potensialı, tarix-memarlıq abidləri, milli mətbəxi və adət-ənənələri ilə tanış olacaqlar.
Ölkəmizin turizm potensialı ilə tanışlıq və təbliğat məqsədilə bu cür turların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]