AZƏRBAYCANDA HAZIRDA 7 MİNƏ YAXIN İNTERNET SAYTI VAR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Azərbaycanda 7 minə yaxın internet saytı fəaliyyət göstərir. Bunlardan 3175-i Azərbaycan, 830-u türk, 1300-ü ingilis, 1600-ü rus dilindədir. Saytların 150-si dövlət qurumlarına, nazirliklərə, siyasi partiyalara, ictimai təşkilatlara məxsusdur. Qarabağ müharibəsinə, Xocalı soyqırımına və erməni vəhşiliklərinə həsr olunmuş 17, rayonlarımız barədə məlumatları əks etdirən 15, diasporalarla bağlı məsələləri əhatə edən 26 sayt vardır.