Azərbaycanda keçirilən prezident seçkiləri İran mediasının diqqət mərkəzindədir
Tehran, 11 aprel AZƏRTAC
İran mediası Azərbaycanda keçirilən prezident seçkilərini diqqət mərkəzində saxlayır.
AZƏRTAC xəbər verir ki, İranın İRNA Dövlət İnformasiya Agentliyi prezident seçkiləri ilə əlaqədar ətraflı məlumat yayıb. Agentlik bildirir ki, səsvermə 5 min 641 seçki məntəqəsində təşkil olunub. Ölkənin 5 milyon 309 min səsvermə hüququ olan vətəndaşı var. Seçkiləri 60 beynəlxalq təşkilatın 890 nümayəndəsi və 58 min 175 yerli müşahidəçi izləyir. Seçki prosesini işıqlandırmaq üçün 118 xarici jurnalist akkreditasiyadan keçib. Səsvermə sakit və şəffaf şəraitdə davam edir, hələlik heç bir qanun pozuntusu qeydə alınmayıb.
İranın digər KİV-ləri də Azərbaycanda keçirilən prezident seçkiləri haqqında informasiyalar yaymaqda davam edirlər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]