AZƏRBAYCANDA KİÇİK SES-LƏRİN TİKİNTİSİ ÜÇÜN İMKANLAR GENİŞDİR
Sənaye və Energetika Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, respublika ərazilərində kiçik su elektrik stansiyalarının inşası məqsədi ilə 100-dən çox layihə hazırlanmışdır. Azərbaycanın tam hidroenerji potensialı 40,0 milyard kvtsaatdır və onun texniki səmərəliliyi ildə 16,0 milyard kvtsaata yaxındır. Bunun 5,0 milyard kvtsaatını kiçik su elektrik stansiyaları istehsal edə bilər və bununla da hər il istilik elektrik stansiyalarında yandırılan 850 min ton mazut yanacağına qənaət etmək olar. Su elektrik stansiyalarının tikintisi elektrik enerjisi istehsalı ilə bərabər sel sularının tənzimlənməsi və yeni suvarma sistemlərinin yaradılması kimi mühüm dövlət əhəmiyyətli məsələləri də həll etmiş olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:59]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:57]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [17:59]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:47]
Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır
- 09.10.2026 [17:27]
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb
- 09.10.2026 [17:24]
Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir
- 09.10.2026 [16:18]