Azərbaycanda köçəri quşlar üçün evlər quraşdırılacaqdır
Bakı, 14 may (AZƏRTAC). IDEA Beynəlxalq Ətraf Mühit Kampaniyası Azərbaycanda “Quşlar üçün ev dizaynı” layihəsinə başlayır.
AZƏRTAC xəbər verir ki, layihəyə əsasən, yerli və xarici dizaynerlərə, ekoloqlara Bakıda və regionlarında quraşdırılacaq quş evi dizaynını təqdim etmək təklif olunur. Əsas məqsəd köçəri quşları təhlükəsiz sığınacaqlarla təmin etməkdir.
Dizaynın müəllifi bir nəfər və ya bir neçə nəfərdən ibarət qrup ola bilər. Amma sonuncu halda nəzərdə tutulan 5 min manat (6500 dollar) qonorar qrupa daxil olan insanlar arasında bölünəcəkdir.
Layihəyə maraq göstərən şəxslər öz təkliflərini və özləri barədə məlumatları iyulun 2-dək IDEA kampaniyasının [email protected] elektron ünvanına göndərməlidirlər.
Təkliflərə iki ay ərzində ekoloqların və məşhur dizaynerlərin daxil olduğu təşkilat komitəsi tərəfindən baxılacaqdır. Qalib bu il sentyabrın əvvəlində elan olunacaqdır.
Quş evlərinin quraşdırılması ilə bağlı xərcləri isə IDEA kampaniyası çəkəcəkdir.
Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]