Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda prezident seçkiləri və İslam dünyası ŞƏRH

Azərbaycanda prezident seçkiləri və İslam dünyası  ŞƏRH

Ərəb ölkələrinin Azərbaycanda keçirilən prezident seçkilərinə dəstəyi tarixi dostluq bağlarına işarədir

Bakı, 18 fevral, AZƏRTAC

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Qeyd edək ki, ölkədə prezident seçkiləri sonuncu dəfə 2018-ci il aprelin 11-də keçirilmişdi. Ölkə Prezidenti İlham Əliyev 2025-ci ildə keçirilməli olan seçkilərin vaxtının dəyişdirilməsini şərtləndirən üç səbəb göstərmişdi: birinci səbəb ötən ilin sentyabr ayında Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpasıdır ki, seçkilər də bütöv bir dövrə yekun vurur; ikinci səbəb seçkilərin ilk dəfə olaraq erməni işğalından azad edilmiş torpaqlar da daxil olmaqla ölkənin bütün ərazisində keçirilməsidir; üçüncü səbəb İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinə yekun vurularaq yeni dövrün başlanması və yeni hədəflərin qarşıya qoyulmasıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ərəb ölkələri üzrə eksperti Lalə Xəlilzadə bildirib.

Baş tutan seçkilərin şərəfli və qürurlu anlarından danışan ekspert deyib: “Ermənistanın işğalından azad edilən ərazilərdə də seçki məntəqələri açıldı və 30 ildə ilk dəfə olaraq bütün Azərbaycanda prezident seçkiləri keçirildi. Vaxtilə separatçı ermənilərin qondarma rejiminin “paytaxt” kimi istifadə etdiyi Xankəndidə və digər bölgələrdə - Şuşa, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə 22 mindən çox seçici səsvermədə iştirak etdi.

Seçkilərin nəticəsinə görə, Azərbaycan xalqı ölkənin müstəqilliyinin 20 illik dövründə həm beynəlxalq, həm də daxili müstəvidə məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət yürüdərək “güclü dövlət” konsepsiyasını həyata keçirən İlham Əliyevi daha 7 il müddətinə ölkənin Prezidenti seçdi”.

Lalə Xəlilzadə bildirib ki, dünyanın müxtəlif ölkələrinin liderləri respublikada keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik etdilər. Həmin ölkələr sırasında dost ərəb ölkələrinin liderləri - Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud və Krallığın vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, Qətər əmiri Təmim bin Həməd Ət-Təni, Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl Əl-Əhməd Əl-Cabir Əs-Sabah və ölkənin Baş naziri Şeyx Məhəmməd Sabah Əl-Salim Əs-Sabah, Bəhreyn Kralı Həməd bin İsa Əl-Xəlifə, Oman Sultanı Heytəm bin Tariq Əs-Səid, Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid, İraq Kürdüstan Regionunun başçısı Nəçirvan Bərzani, İordaniya Kralı II Abdullah ibn Əl-Hüseyn, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdülməcid Tebbun və Mərakeş Kralı VI Məhəmməd də olublar.

“İlham Əliyevin seçkilərdəki qələbəsi münasibətilə ona ünvanlanan bu təbriklər ərəb dövlətləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin tarixi bağlara söykəndiyini və hazırkı dövrdə artan xətt üzrə inkişaf etdiyini deməyə əsas verir. Qlobal miqyasda, o cümlədən Yaxın Şərqdə nüfuzu daha da artan Azərbaycanın Körfəzin ərəb dövlətləri ilə əlaqələri möhkəmlənir və bu əməkdaşlığın geniş potensialı mövcuddur.

Hazırda Azərbaycan İslam dünyasında etibarlı tərəfdaş, onun maraqlarını daim müdafiə edən bir dövlət kimi tanınır. Təsadüfi deyildir ki, bu il Azərbaycana səfər edən ilk dövlət başçısı məhz Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan olub. Səfər çərçivəsində Azərbaycan və BƏƏ arasında iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən mühüm anlaşmalar imzalanıb. Qeyd edək ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələrin yaranmasından etibarən iki ölkə arasında ikitərəfli əlaqələrdə müsbət dinamika müşahidə olunmaqdadır. Əmirliklər Azərbaycanın əsas enerji və Körfəz Əməkdaşlıq Şurasında (KƏŞ) ən böyük ticari tərəfdaşıdır.

Səudiyyə Ərəbistanı Körfəzin ərəb ölkələri arasında Azərbaycanın ikinci ən böyük tərəfdaşıdır. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa edilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası bu şirkətin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir.

Habelə Səudiyyə Ərəbistanı Azərbaycanın üzləşdiyi mina problemi, hazırda həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün aparılan bərpa və yenidənqurma işlərinə, humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərəcək. Bu məqsədlə ötən ayın 16-da Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov və Kral Salman Humanitar Yardım Mərkəzinin Tibb və Ətraf Mühit Departamentinin direktor müavini Abdullah Məhəmməd Əl Vadeyi arasında Maliyyə Yardımı Memorandumu imzalanıb”, - deyə ekspert xatırladıb.

Onun sözlərinə görə, ərəb dünyasının bu iki iqtisadi gücü Şərq-Qərb və Cənub-Şimal tranzit yollarının kəsişməsində yerləşən Azərbaycanın 2020-ci ildə öz torpaqlarını işğaldan azad etməsindən sonra geosiyasi əhəmiyyətinin artdığını yaxşı görür. İndi Körfəzin ərəb ölkələrinin nümunəsi ilə iqtisadi transformasiya siyasətini həyata keçirməyə başlayan Azərbaycanın regiondakı ən böyük ticarət tərəfdaşları Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı yeni ticarət əlaqələri yaratmaqla iqtisadi maraqları bölüşürlər.

“Qeyd etməyə dəyər ki, Azərbaycan müstəqilliyinin ilk günlərindən etibarən İslam ölkələri ilə kifayət qədər geniş əlaqələrə malikdir, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvüdür. İƏT həm İkinci Qarabağ müharibəsi zamanı, həmçinin postmüharibə dövründə Azərbaycanın haqq işini, ərazi bütövlüyünü dəstəkləyən təşkilatlardan biri olub. Təsadüfi deyildir ki, fevralın 14-də Prezident İlham Əliyev andiçmə mərasimində İslam Əməkdaşlıq Təşkilatının Azərbaycana dəstəyini xatırladıb və bu təşkilatın önəmini vurğulayıb. Bu, o deməkdir ki, Azərbaycanın müasir tarixində 7 fevral seçkiləri ilə başlayan yeni dövrdə də ölkəmizin İƏT üzvü olan dövlətlərlə əlaqələri daha da inkişaf edəcək, Azərbaycanın İslam dünyası ilə tarixi mədəni-mənəvi bağları daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcək”, - deyə Lalə Xəlilzadə vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək